Enerji təhlükəsizliyi sülh üçün əməkdaşlıq vasitəsi kimi

 

III Qlobal Bakı Forumu çərçivəsində daha bir panel iclası “Enerji təhlükəsizliyi sülh üçün əməkdaşlıq vasitəsi kimimövzusunda keçirilib.

Avropa, RusiyaAvrasiya Tədqiqatları Mərkəzinin direktoru Ariel Kohenin moderatorluğu ilə keçən iclasda  Azərbaycanın energetika naziri Natiq Əliyev ölkəmizin enerji ehtiyatları, Avropanın enerji təhlükəsizliyinə töhfələri  barədə məlumat verib. Natiq Əliyev enerji resurslarının iqtisadiyyatın əsas aparıcı qüvvəsi olduğunu vurğulayıb. İstənilən dövlətin əsas məqsədlərindən birinin enerji mənbələrinin şaxələndirilməsi olduğunu söyləyən nazir dünyada 18 faiz ölkənin enerji ehtiyatlarından lazımi səviyyədə istifadə edə bilmədiyini diqqətə çatdırıb. O deyib ki, bu, böyük problemdir və zamanında həll olunmalıdır.

Natiq Əliyev qeyd edib ki, 2013-cü illə müqayisədə neft hasilatı əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya davam etsə 2040-cı ildə bu rəqəm daha da yüksələcək. Azərbaycan neft hasilatına görə 10-cü yerdədir. Azərbaycanda ən böyük xam neft emal gücləri var. Dövlət proqramına görə neftneft-kimya kompleksi yaradılır. Bunlar gücü 10 milyard kubmetr olan qaz emalı zavodlarıdır. Təbii qaz get-gedə dünyada daha önəmli enerji resursu olur. Azərbaycan qazın istehsalını, hasilatını 90 il ərzində eyni səviyyədə saxlaya biləcək. “Şahdəniz” yatağı işlənmənin ikinci mərhələsindədir. “Cənub” qaz dəhlizi layihəsi bizə imkan verəcək ki, Azərbaycan qaz ixrac edən ölkəyə çevrilsin.

TANAP layihəsi barədə danışan energetika naziri bunun Azərbaycan qazının Avropaya çatdırılmasına imkan yaradacağını bildirib. Nazir qeyd edib ki, enerji mənbələri kifayət qədər olmasa heç vaxt iqtisadisosial problemləri həll etmək mümkün olmayacaq. Enerji resursları sülhə, əməkdaşlığa şərait yaradacaq.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin enerji məsələlərinin bütün ölkələrin maraqlarına uyğun olduğunu söyləyib. O, enerji təhlükəsizliyinin getdikcə xarici siyasətin əsas prioritetlərindən birinə çevrildiyini, bunun milli təhlükəsizlik, iqtisadi artım, davamlı inkişaf konsepsiyaları ilə bağlı olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, enerji təhlükəsizliyi sülh naminə əməkdaşlıq üçün də əhəmiyyətli ola bilər. Ermənistan sülh, əməkdaşlıq yolunu seçsəydi, o, böyük üstünlüklər qazanmış olacaqdı. Xəzər nefti, qazı onun ərazisindən keçib başqa ölkələrə gedəcəkdi. Lakin Ermənistan özünü bu imkanlardan təcrid etdi. 

İsrailin keçmiş Prezidenti Dalia İtzik Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurları yüksək qiymətləndirib. Ölkəmizdə gedən sürətli dəyişikliklərin onu heyran etdiyini söyləyən Dalia İtzik qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Serbiyanın keçmiş Baş naziri Mirko Svetkoviç müxtəlif ölkələrdə enerji ehtiyatları ilə bağlı fərqli yanaşmaların olduğunu söyləyib. O, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin bir hissəsi olduğunu bildirib. Keçmiş Baş nazir Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin etməsi ilə yanaşı, Avropa ölkələrinə də bu sahədə töhfələr verməsini yüksək dəyərləndirib.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.5.