III Qlobal Bakı Forumu dünyanı düşündürən
məsələlərin müzakirə edildiyi
çox əhəmiyyətli məkandır
III
Qlobal Bakı Forumu dünyanı düşündürən məsələlərin
müzakirə edildiyi çox əhəmiyyətli məkandır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu fikir aprelin 28-29-da keçirilən III Qlobal Bakı Forumunda iştirak edən nüfuzlu dövlət və hökumət başçılarının, siyasətçilərin və tanınmış ictimai xadimlərin çıxışlarında dönə-dönə vurğulandı. Onlar iki gün ərzində Bakıda qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı ciddi narahat edən məsələləri – etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidlərini, demokratiyanın inkişafını, təhsil, ekologiya və digər sahələrdə mövcud çağırışları geniş müzakirə etdilər, bu problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi apardılar. Xüsusi vurğulanmalıdır ki, bu liderlərin müasir dünyanın nizamı barədə baxışları onların zəngin bilikləri və təcrübələrinə əsaslanır.
Önəmli amillərdən biri də odur ki, Qlobal Bakı Forumu artıq ənənə halı alıb və onun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayı ilbəil artır. III Qlobal Bakı Forumunda dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimdəki nitqində deyib: “Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək”.
Azərbaycan Prezidentinin dediyi kimi, bu Forumun beynəlxalq əməkdaşlığın əsas təhlükəsizlik məsələlərinin həlli sahəsində qarşıya qoyduğu məqsədlər böyük əhəmiyyətə malikdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adları aşağıda qeyd olunan yüksək səviyyəli qonaqlara III Qlobal Bakı Forumunun işində fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirir.
1.
Valdis Zatlers
Latviyanın sabiq Prezidenti
(2007-2011)
2.
Andres Pastrana
Kolumbiyanın Prezidenti (1998-2002)
3.
Peter Medeşi
Macarıstanın Baş naziri
(2002-2004)
4.
Emil Konstantinesku
Ruminiya Prezidenti(1996-2000)
5.
Dalia İtzik
İsrailin Prezidenti (2007)
6.
Viktor Yuşşenko
Ukrayna Prezidenti (2005-2010)
7.
İsmail
Serageldin
İsgəndəriyyə kitabxanasının
direktoru
8.
Vayra Vike-Freyberqa
Latviya Prezidenti (1999-2007) NGBM-nin həmsədri
9.
Butros Butros-Qali
BMT-nin baş katibi
1992-1996
10.
Əbdüləziz Əl Tüveycri
İSESCO-nunbaş direktoru
11.
İvo Yosipoviç
Xorvatiya
Prezidenti(2010-2015)
12.
Boris Tadiç
Serbiyanın Prezidenti (2004-2012)
13.
Həmid
Kərzai
Əfqanıstan Prezidenti (2004-2014)
14.
Xorxe Kiroqa
BoliviyaPrezidenti(2001-2002)
15.
Linda Lanzillotta
Senatın vitse-prezidenti, İtaliya
16.
Rosen Plevneliyev
Bolqarıstan Respublikasının Prezidenti
17.
Mohamed E.M.Dayri
Liviyanın beynəlxalq əməkdaşlıq
və xarici işlər naziri
18.
Abdullah Gül
Türkiyənin Prezidenti (2007-2014)
19.
Ekmələddin İhsanoğlu
İslam
Konfransı Təşkilatının
Baş katibi (2004-2014)
20.
Leonid Kuçma
Ukraynanın Prezidenti(1994-2005)
21.
Vatslav
Klaus
Çexiyanın Prezidenti (2003-2013)
22.
Jan Fişer
Çexiyanın Baş naziri
(2010-2011)
23.
Jan Omer Beriziki
Madaqasqarın Baş naziri(2011-2014)
24.
Cozef Muskat
Maltanın Baş naziri
25.
Yukio Hatoyama
Yaponiyanın Baş naziri
(2010-2011)
26.
Petar Stoyanov
Bolqarıstanın Prezidenti (1997-2002)
27.
Oskar Ribas
Andoranın Baş naziri
(1982-1984)
28.
Ceyms Mançam
Seyşel
adalarınınPrezidenti (1976-1977)
29.
Radu Al Romaniei
Rumıniya şahzadəsi
30.
Stepan Mesiç
Xorvatiyanın Prezidenti (2000-2010)
31.
Hikmet Çetin
Türkiyənin xarici işlər
naziri (1991-1994)
32.
Lothar De
Maiziere
Şərqi Almaniyanın Baş
naziri 1990
33.
Filip Dimitrov
Bolgarıstanın Baş naziri
(1991-1992)
34.
Zlatko Laqumciya
Bosniya və Herseqovinanın Baş naziri (2001-02),
xarici işlər naziri, Baş nazirin müavini
35.
Sali Berişa
Albaniya Prezidenti(1992-1997)
36.
Aleksandr
Kvasnevski
Polşa
Prezidenti (1995-2005)
37.
Yaroslava
Yermanova
Cex Respublikasının vitse-spikeri
38.
Leonid Kravçuk
Ukraynanın Prezidenti (1991-1994)
39.
Taher Masri
İordaniyanın Baş naziri
(1991)
40.
StanislavŞuşkeviç
Belarusdövlətinin başçısı
(1991-1994)
41.
Mark Mediş
Prezident
Klintonun Ukrayna, Rusiya, Avrasiya üzrə keçmiş
məsləhətçisi
42.
Bertie
Ahern
İrlandiyanın Baş naziri
(1997-2008)
43.
Petru Luçinski
Moldova Prezidenti(1997-2001)
44.
George
Papandreou
Yunanıstanın Baş naziri
(2009-2011)
45.
George İvanov
Keçmiş Yuqaslaviya Makedoniya
Respublikasının Prezidenti
46.
Georgi Pırvanov
Bolqarıstanın Prezidenti (2002-2012)
47.
Luka Bebic
Xorvatiya
parlamentinin sədri
(2008-2011)
48.
Massimo Dalema
İtaliyanın Baş naziri
(1998-2000)
49.
Recep Meydani
Albaniyanın Prezidenti (1997-2002)
50.
Dora Bakoyannis
Yunanıstanın xarici işlər
naziri (2006-2009)
51.
JanKreten
Kanadanın Baş naziri (1993-2003)
52.
Olusequn Obasanjo
Nigeriyanın Prezidenti (1976-79; 1999-2007)
53.
Danilo
Turk
Sloveniyanın Prezidenti (2007-2012)
54.
Arnold Rüütel
Estoniya Prezidenti (2001-2006)
55.
Əmr
Musa
Ərəb Liqasının Baş
katibi (2001-2011)
56.
İveta
Rodiçova
Slovakiyanın Baş naziri ( 2010-2012)
57.
Franko Frattini
İtaliyanın Xarici İşlər naziri (2002-2004; 2008-2011)
58.
Vytautas
Landsbergis
Litvanın Prezidenti (1990-1992)
59.
Herman De Kroo
Belçika Krallığının keçmiş
naziri
60.
Dumitru Braqhis
Moldovanın Baş naziri
(1999-2001)
61.
Amine Gemayel
Livanın Prezidenti (1982-1982)
62.
Rosalia Arteaga
Ekvadorun
Prezidenti(1997)
63.
Mirko Cvetkovic
Serbiyanın Baş Naziri(2008-2014)
64.
Luis
Alberto Lakalle
Uruqvayın Prezidenti(1990-1995)
65.
Mixeil Saakaşvili
Gürcüstan Prezidenti (2004-2013)
Azərbaycan.-2015.- 30 aprel.- S.6.