Azərbaycanın neft strategiyasında ətraf mühitqlobal iqlim dəyişmələrinə təsirin azaldılması prioritet təşkil edir

 

Dünya Bankının təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda

 keçirilən tədbirində ölkəmizin bu sahədəki təcrübəsi yüksək qiymətləndirildi

 

Yüksəlişdə olan qlobal neft sənayesi dünya ölkələrinin iqtisadi inkişafına, onların bütün sahələrdə sürətlə yeni mərhələlərə keçid etməsinə gətirib çıxarmaqdadır. Lakin neft sənayesi inkişafla yanaşı, bir sıra problemləri də gətirməkdədir. Bunlardan ən mühümü isə ətraf mühitqlobal iqlim dəyişmələrinə təsir problemləridir.

Azərbaycan da neft sənayesinin sürətlə inkişaf etdiyi ölkələrdən biridir. Respublikamızda aparılan məqsədyönlü, düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkəmizin neft potensialı həmçinin qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəldilmişdir. 100 ildən artıq tarixə malik Azərbaycan neft sənayesi özü ilə bir sıra ekoloji problemləri də miras olaraq gələcək nəsillərə ötürmüşdür. Lakin bu gün çox böyük əminliklə qeyd edə bilərik ki, Azərbaycanda aparılan neft siyasətinin ayrılmaz və ən mühüm sahələrindən biribu sənayedə ətraf mühitqlobal iqlim dəyişmələrinə təsirin azaldılması məsələsidir.

Azərəbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün fəaliyyətində ekoloji və ətraf mühit faktorunu işin ayrılmaz hissəsi olaraq hər zaman diqqət mərkəzində saxlamaqdadır. Ətraf mühitekoloji məsələlərə göstərilən qayğı SOCAR-ın bu sahədə növbəti beynəlxalq uğuru ilə öz sübutunu tapmışdır. Belə ki, qlobal istiləşmə və iqlim dəyişmələrinə təsirin azaldılması, ətraf mühitin mühafizəsi məqsədi ilə ABŞ-ın Vaşinqton şəhərində Dünya Bankının təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Yaz Yığıncaqları dövründə “Qlobal Şamda Yandırılan Qazın Azaldılması təşəbbüsünün başlanması: 2030-cu ilə qədər Şamda Yandırılan Qazın Sıfıra Endirilməsi” tədbiri keçirilmişdir.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun, Dünya Bankı Qrupunun Prezidenti Jim Yong Kim, həmçinin Total, Statoyl, Eni, Şell və digər nəhəng şirkətlərin qlobal rəhbərləri, bir sıra ölkələrin yüksək dövlət rəsmiləri iştirak etmişlər. Mərasimdə Azərbaycanı SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə təmsil etmişdir. Tədbirdə açılış nitqi ilə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi MunDünya Bankı Qrupunun Prezidenti Jim Yong Kim bu təşəbbüsün mahiyyəti, bunun qlobal iqlim dəyişmələrinə müsbət təsiri və təşəbbüsə qatılan hökumət və şirkətlərin bu sahədə atdıqları tarixi addımları haqqında məlumat verdilər. Tədbirdə çıxış edən Rəfiqə Hüseynzadə SOCAR-ın dünyanın nəhəng şirkətləri arasında bu təşəbbüsə qoşulan 5-ci şirkət olduğunu qeyd edərək, onun əhəmiyyətindən bəhs etmiş, Azərbaycanın ekologiyaiqlim dəyişmələrinə təsirin azaldılması sahəsində gördüyü işlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.9.