Fövqəladə hallar naziri Daşkəsəndə vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fövqəladə hallar naziri, general- polkovnik Kəmaləddin Heydərov aprelin 29-da Daşkəsən rayonunda Gəncə şəhəri, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, gün ərzində nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin çoxu yerindəcə öz həllini tapıb. Bəzi müraciətlər isə qanunvericiliyə uyğun olaraq dərhal zəruri tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə əlaqədar 193, digər məsələlərlə bağlı müraciət etmiş 98 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.11.