Azərbaycanın müdafiə naziri Moskvaya gedib
İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Həsənov avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 1 avqust.- S. 1.