HəştərxandaDrujbauşaq bağçasının şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib

 

İyulun 31-də Həştərxanda, “Meçta” (“Arzu”) uşaq kafesində Heydər Əliyev Fondunun təşkilatçılığı, Həştərxan vilayəti Beynəlxalq Xarici İqtisadi Əlaqələr Nazirliyi Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin dəstəyi ilə çoxuşaqlı ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində olanDrujba” (“Dostluq”) yeni uşaq bağçasının şagirdləri üçün bayram şənliyi təşkil olunub.

Tədbirdə uşaqlar üçün həştərxanlı animatorların iştirakı ilə əyləncəli proqramlar təşkil edilib, həmçinin uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “Meçtauşaq kafesi Drujbauşaq bağçası Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən müxtəlif genişmiqyaslı layihələrdəndir. Bundan əlavə, Fond Heydər Əliyev adına 11 nömrəli məktəbə, “Drujbauşaq bağçasına, “Meçtauşaq şəhərciyinə daim qayğı göstərir.

Təşkil olunan tədbir yerli KİV-lərin marağına səbəb olub.

Beynəlxalq xarici iqtisadi əlaqələr naziri D.A.Afanasyev tədbirdə iştirak edən jurnalistlərə Həştərxan vilayəti ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin cari perspektiv vəziyyəti barədə məlumat verib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 1 avqust.- S. 4.