Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 267                                Bakı şəhəri, 15 iyul 2015-ci il

 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2002-ci il   17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmişVəzifəli şəxsin ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması işləməyə buraxılmasının yenidən  rəsmiləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

Dövlət sirri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1245-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 may tarixli 1196 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645; 2005, № 2, maddə 122, № 3, maddə 250; 2007, № 1, maddə 47; 2008, № 4, maddə 316; 2010, № 3, maddələr 255, 264; 2012, № 9, maddə 938, № 12, maddə 1362) ilə təsdiq edilmişVəzifəli şəxsin ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası”nın 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

Dövlət sirri haqqındaAzərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə digər xüsusilə ağır ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsindən ya götürülməsindən asılı olmayaraq);

bu hissənin üçüncü abzasında göstərilən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, tutulması ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək ya qətimkan tədbiri ləğv edilənədək);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;

xarici ölkədə daimi yaşaması;

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət etməsi ya barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılması;

yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxarılması;

yoxlama tədbirlərindən boyun qaçırması ya qəsdən yalan anket məlumatları verməsi.

Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasından imtina edilməsi barədə qərarı təşkilat rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla, fərdi qaydada qəbul edir. Vətəndaşın həmin qərardan şikayət vermək hüququ vardır.”.

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 1.