Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Avqustun 1-də Moskvada Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regional təhlükəsizlik, hərbi əməkdaşlığın perspektivləri qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 2.