Mədəniyyət turizm naziri "Expo Milan 2015" sərgisində Azərbaycan milli pavilyonunu ziyarət edib

 

Xəbər verdiyimiz kimi mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda təmsil olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Ə.Qarayev "EXPO Milan 2015" sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin ilk dəfə təmsil olunduğu Azərbaycan Milli Pavilyonunu ziyarət edib.

"Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanan dördmərtəbəli milli pavilyonumuzla tanış olan nazir ölkəmizin tarixi mədəni irsini, zəngin ekoloji, enerji potensialını nadir biomüxtəlifliyini tərənnümü baxımından pavilyonun işini yüksək qiymətləndirib bu kimi sərgilərin mədəniyyətimizin təbliğ edilməsi, turistlərin cəlb olunması istiqamətində aparılan ən uğurlu işlərdən biri kimi qiymətləndirib.

Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir ki, bu da ziyarətçilərə planetimizi xatırladır. Pavilyonun "Səslər simfoniyası" adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası; ikinci mərtəbədə ("Rənglər simfoniyası") iqlimi, landşaftı bioloji müxtəlifliyi barədə məlumatlar; üçüncü mərtəbədə ("Dadlar simfoniyası") isə milli mətbəxi orqanik təbii qida məhsulları nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsində milli mətbəximizin nümunələrini təqdim edən restoran fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi milli pavilyonumuzda öz əksini tapıb. Pavilyonda monitorlarda Azərbaycanın musiqi kinematoqrafiya inciləri, adət ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir.

Nazir pavilyonun fəaliyyətindən yüksək məmnunluğunu ifadə edərək, sərginin işinə uğurlar arzulayıb.

Məlumat üçün bildiririk ki, "EXPO Milan 2015" sərgisində ilk dəfə olaraq 2015-ci ildə Azərbaycan milli pavilyonu yer alıb. Sərgi cari ilin mayın 1-də açılıb oktyabrın 31-dək davam edəcəkdir. Onu da qeyd edək ki, sərgi başa çatdıqdan sonra milli pavilyonun Azərbaycana gətirilərək, Bakının ən gözəl guşələrindən birində quraşdırılması nəzərdə tutulub.

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 2.