Milanda mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilir

 

İyulun 31-də İtaliyanın Milan şəhərində “Milan Expo 2015” Ümumdünya sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb.

Açılışdan əvvəl İtaliyanın məşhurFondazione Prada” qalereyasında qonaqlar üçün gəzinti təşkil edilib təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycanı mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində İtaliyanın Baş naziri Matteo Renzi, UNESCO-nun baş direktoru İrina Bokova, İtaliyanın mədəni irs, fəaliyyət turizm naziri Dario Francesçini, 70-dən çox ölkəni təmsil edən mədəniyyət nazirləri nümayəndə heyətləri iştirak ediblər.

Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədirmövzusunda keçirilən konfransın iştirakçıları ölkələri sülhə, əmin-amanlığa, qlobal dünyada mədəniyyət vasitəsilə qalib gəlməyə çağırıblar.

Nazir Dario Francesçini konfransın əhəmiyyətindən bəhs edib.

UNESCO-nun baş direktoru İrina Bokova bildirib ki, dünyada sülhün qorunması baxımından belə tədbirlərin davamlı olaraq keçirilməsinə ehtiyac var.

Ayrı-ayrı ölkələrin mədəniyyət nazirlərinin çıxışları ilə davam edən konfransda mədəniyyətin müxtəlif aspektləri üzrə məsələlərə toxunulub.

Nazir Əbülfəs Qarayev çıxış edərəkMədəniyyətanlayışının sürətlə yayıldığını deyib, bunun ölkələr xalqlar arasında yeni dəyərlərin, həll yollarının axtarılmasında mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynadığını bildirib.

Azərbaycanda multikulturalizm ənənələrinin uzunmüddətli ənənələrə söykəndiyini bildirən nazir bu il Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının müxtəlif qitələrdən olan mədəni dini müxtəliflikləri bir araya gətirdiyini diqqətə çatdırıb.

“Milan Expo 2015” sərgisində yer alan Azərbaycan pavilyonundan bəhs edən Ə.Qarayev 3 müxtəlif biosferi özündə birləşdirən bu pavilyona daxil olan zaman ziyarətçilərin müxtəlif mədəniyyətlərin yanaşma təcrübəsini gördüklərini söyləyib.

Sonda nazir hər kəsi 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştiraka dəvət edib.

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 2.