Fəttah Heydərov: Qəbələ VII Beynəlxalq Musiqi Festivalı arzu olunandan da gözəl keçdi

 

Çox şadam ki, dünyada kifayət qədər tanınan sevilən, qəbul edilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar bu festivalın qonağı oldu, gözəl konsertləri ilə yerli xarici tamaşaçıların zövqünü oxşadılar. Qəbələnin ecazkar təbiəti, bu yerlərin gözəlliyi, xalqımızın qonaqpərvərliyi xarici musiqiçilərin ürəyincə idi. Qəbələ VII Beynəlxalq Musiqi Festivalı arzu olunandan da gözəl keçdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib.

Milli Məclisin deputatı deyib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı son zamanlar Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm tədbirlərdəndir. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biridir. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərləri dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmağa imkan yaratdı. Bu festival həm gənc pianoçuların III beynəlxalq müsabiqəsinin keçirilməsi ilə yadda qaldı. On iki ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər dirijorların iştirak etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalında gənc muğam ifaçılarının çıxışı, konsertlərdə səsləndirilən Azərbaycan Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb oldu. Festival günlərində Qəbələdə böyük izdiham yaşanırdı, xüsusi ab-hava hökm sürürdü.

Musiqiçilərin yaddaqalan çıxışlarını xüsusi vurğulayan Fəttah Heydərov festivalın gözlənildiyi kimi böyük marağa səbəb olduğunu bildirib: “Buraya gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri mədəniyyəti, milli musiqimizlə, muğam bəstəkar əsərləri ilə yaxından tanış oldular. Yerli xarici musiqiçilər, tamaşaçılar bir-biri ilə münasibətlər qurdu, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə yaradıcılıq söhbətləri apardılar. Festival onu göstərdi ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət incəsənət sahəsində dünyaya işıq saça bilər. İstedadlı xalqımız bu dəfə nəyə qadir olduğunu yüksək səviyyədə sübut etdi. Ölkəmiz belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi ənənəsi olan dövlətlərdən heç geridə qalmadığını göstərdi. Azərbaycanlılar həmişə sülh, tərəqqi istəyən bir xalq olub. Biz istəyirik ki, dünyada insanlar, sülh, əmin-amanlıq şəraitində yaşasınlar. Bu festivalda bir çox xalqların musiqiçiləri iştirak etdilər. Amma bizimlə düşmən münasibətdə olan ermənilər belə yüksək tədbirlərdə iştirak etməkdən məhrum oldular. Onların dövləti öz xalqını aclıq içində saxlayır, səadətini əlindən alır. Bu festival bir çoxlarına nümunə oldu ki, bizim xalqa müharibə, işğal yox, sülh, əmin-amanlıq şəraitində birgə yaşamaq lazımdır. Festivalın uğuru da məhz elə bundadır. Arzu edirəm ki, işğal altında olan torpaqlarımız tezliklə geri alınsın bu festivallar doğma Qarabağımızda, Şuşada, Xankəndidə keçirilsin. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətlə həyata keçirilən quruculuq işləri, əhalinin sosial-rifah halının yaxşılaşdırılması, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı görülən tədbirlər, eləcə mədəniyyətimizə, incəsənətimizə, bu sahədə çalışan insanlara olan dövlət qayğısı xalqımızda ruh yüksəkliyi yaradır. Məlumdur ki, bu möhtəşəm festivalı ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamlarına qayğısı, diqqəti sayəsində keçirmək mümkün olub. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirlərin keçirilməsinə imkan verir”.

Fəttah Heydərov Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsinin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya mədəniyyətimizə, milli musiqimizin inkişafına, bu sahədə ölkəmizin dünyada tanınması işinə daim qayğı göstərdiyi üçün minnətdarlıq edərək deyib: “Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı hələ uzun illər keçiriləcək, Qəbələ dünyanın mədəniyyət mərkəzinə çevriləcək burada bəşəriyyətin ən gözəl klassik əsərləri korifey sənətkarların canlı ifasında dinləniləcək”.

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 2.