Səfir Vladimir Doroxin: Qəbələ VII Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım

 

Yüksək səviyyədə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iki konsertini dinlədim. Festivalda dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin deyib.

Dünyanın tanınmış musiqiçilərinin Qəbələdə bir araya gələrək konsertlər verməsini yüksək dəyərləndirən səfir deyib: “Mən isti yay günlərində istirahət üçün Qəbələni seçmişəm. Ona görə ki, gözəl təbiəti, istirahət mərkəzləri, qonaqpərvər insanları olan Qəbələyə gəlməklə mən həm beynəlxalq musiqi festivalında iştirak etməyi planlaşdırırdım. Yəqin ki, bu günlərdə Qəbələyə gələn turistlərin əksəriyyəti mənim kimi həm bu musiqi festivalının tamaşaçıları olub”.

FestivaldaMoskva virtuozlarıkamera orkestrinin konsertindən böyük zövq aldığını bildirən rusiyalı diplomat qeyd edib ki, Qəbələ Bakıdan uzaqda yerləşsə , konsertlərə paytaxt bölgələrdən xeyli sayda tamaşaçının qatılması böyük uğurdur. Bu da heç şübhəsiz ki, festivalın yüksək səviyyədə təşkil edilməsinin keyfiyyətinin göstəricisidir.

 

Azərbaycan.- 2015.- 2 avqust.- S. 2.