Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
¹
270
Bakı şəhəri,
31 iyul 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin
təhqiqi və uçota alınması Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,
¹ 2, maddə 123; 2005, ¹ 11, maddə 1061; 2006, ¹ 9, maddə 822; 2008, ¹ 2, maddələr 116, 130, ¹ 5, maddə 430; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 5, maddə 449; 2013, ¹ 6, maddə 723) ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndin dördüncü - doqquzuncu abzasları çıxarılsın.
2. 1.2-ci bəndin on ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı.”.
3. 1.3-cü bəndin birinci abzasında “işçilərə vurulmuş xəsarət” sözləri “işçilərin aldıqları xəsarət” sözləri ilə, ikinci abzasında “işçilərə vurulmuş xəsarətlərin” sözləri “işçilərin aldıqları xəsarətlərin” sözləri ilə və “müalicə-tibb idarəsinə” sözləri”müalicə-profilaktika müəssisəsinə” sözləri ilə əvəz edilsin.
4. 1.4-cü bənd üzrə:
4.1. ikinci abzasda “dəniz” sözü “su hövzələrinin” sözləri ilə əvəz edilsin;
4.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr.”.
5.1.5-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır.” .
6. 1.7-ci bəndin birinci abzasının ikinci cümləsinə “Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə)” sözlərindən sonra “, bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya” sözləri əlavə edilsin və üçüncü cümləsində “telefon, yaxud teleqrafla” sözləri “telefonla, teleqrafla və ya elektron formada” sözləri ilə əvəz edilsin.
7. 2.2-ci bənd üzrə:
7.1. birinci abzasda “komitəsinin” sözü “təşkilatının” sözü ilə, ikinci və üçüncü abzaslarında “komitəsinin” sözü “birliyinin” sözü ilə əvəz edilsin;
7.2. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin və dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci abzaslar müvafiq olaraq beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu abzaslar hesab edilsin:
“Sahə həmkarlar ittifaqı birliyi, müəssisənin həmkarlar ittifaqı təşkilatı, müəssisə və ya onun tabe olduğu yuxarı orqan (əgər varsa) Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə hadisə baş verən gün rəsmi məlumat verməlidirlər.” ;
7.3.yeddinci abzasa “Dövlət Əmək Müfəttişliyi Xidmətinə” sözlərindən sonra “və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (əgər işçilər həmkarlar ittifaqı təşkilatının üzvüdürlərsə)” sözləri əlavə edilsin;
7.4. aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“Təhqiqat komissiyası sığorta ödənişi verilməli olan şəxsin və sığortaçının xəsarətlə və ya ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatının aparılmasında iştirak etmək hüququnun təmin edilməsinə şərait yaradır.” .
8.3.4-cü bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Yol-nəqliyyat qəzası nəticəsində baş vermiş bədbəxt hadisələrin səbəbi barədə rəy alınması üçün Təhqiqat komissiyasının sədrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etmək hüququ vardır.”.
9.3.5-ci bəndə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin və on birinci, on ikinci, on üçüncü abzaslar müvafiq olaraq on ikinci, on üçüncü, on dördüncü abzaslar hesab edilsin:
“istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surəti;”.
10. 3.6-cı bənddə “nəzarəti altında olan” sözləri “dövlət nəzarətini həyata keçirdiyi” sözləri ilə, “komitənin” sözü “nazirliyin” sözü ilə əvəz edilsin.
11.1 nömrəli əlavə (İZ forması) üzrə:
11.1. aşağıdakı məzmunda 11.1-ci bənd əlavə edilsin:
“11.1. Bədbəxt hadisənin səbəbləri ___________”;
11.2.13-cü hissəsində “komitəsinin” sözü “təşkilatının” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 4 avqust.- S. 1.