“EXPO Milan 2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfrans başa çatıb

 

İtaliyanın Milan şəhərində “EXPO Milan 2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransa yekun vurulub.

Tədbirdə Azərbaycanı mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfransda dünyanın 70-dən çox ölkəsindən mədəniyyət nazirləri nümayəndə heyətləri iştirak ediblər.

KonfransMədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədirdevizi altında  keçirilib. İki gün davam edən konfransda 35-dən çox nazir çıxış edib, mövzu üzrə maraqlı fikirlər səsləndirib.

Sonda  konfransı yekun nitqi ilə başa vuran İtaliyanın mədəni irs, fəaliyyət turizm naziri Dario Francesçini iştirak edən hər kəsə təşəkkürünü bildirib UNESCO-nun baş direktoru İrina Bokovadan tədbirin davamlı keçirilməsinə dəstək verməsini təklif edib.

Bildirilib ki, konfransın devizi iki gün ərzində dinlənilən məruzələrdə öz təsdiqini tapıb.

Qeyd edək ki, tədbir çərçivəsində mədəni proqramlar da təşkil edilib. Tədbirin birinci günü İtaliyanın məşhurFondazione Prada” qalereyasında sərgilər nümayiş olunub, dünyanın  tanınmış opera teatrı La Skalada tanınmış italyan bəstəkarı Gioachino Antonio Rossininin “II Barebiere di Sivigliatamaşası göstərilib.

 Tədbirin növbəti günü isə Leonardo da Vinçinin “Last Supper” (“Sonuncu Şam Yeməyi”) əsərinin saxlandığı Santa Mariya della Qrasiya monastırına tur təşkil olunub.

 

* * *

Konfrans çərçivəsində Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev İtaliya Respublikasının mədəni irs, fəaliyyət turizm naziri Dario Francesçini ilə görüşüb.

Görüş zamanı  Azərbaycan  ilə İtaliya

 arasında mədəni irs turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ə.Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək  Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin nazir Əbülfəs Qarayev D.Francesçini forumda iştirak etməyə dəvət edib.

 

Azərbaycan.- 2015.- 4 avqust.- S. 4.