Hikmət Hacıyev: “Deutsche Welle”nin Dağlıq Qarabağ münaqişəsi barədə yayımladığı veriliş qərəzlidir

 

Almaniyanın “Deutsche Welleictimai yayım şirkəti tərəfindən iyulun 31-də yayımlanmışDağlıq Qarabağ münaqişəsində gərginlik artıradlı veriliş qərəzli, birtərəfli obyektiv jurnalistika prinsiplərindən kənar xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmin verilişlə bağlı açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, “Deutsche Welle”nin öz çəkiliş qrupunu qanunsuz olaraq işğal edilmiş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi qanunlarının pozulmasıdır.

Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu ölkə tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejiminhərbi mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır. Lakin verilişdə münaqişənin bilavasitə qurbanı olmuş etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkününün hüquqları əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç deyilmir.

Mahiyyət etibarilə, veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal təcavüzü, bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkünə Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır.

“Deutsche Welleəsas məqsəd məramlarından birinin dünya mədəniyyətləri xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə , əslində bu veriliş vasitəsilə dini etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir.

Münaqişənin əsl mahiyyətini təhrif edərək qərəzli obyektivlikdən kənar verilişi təqdim etməklə “Deutsche Welle”, eyni zamanda, öz yerli beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma həm ifadə mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir.

Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan “Deutsche Welle”nin həm Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir.

Azərbaycanın Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək.

Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə media azadlığına zidd olan bu verilişin hazırlanması efirə verilməsi məsələsi Almaniyanın aidiyyəti qurumları tərəfindən lazımınca araşdırılacaq adekvat münasibət bildiriləcək”.

 

Azərbaycan.- 2015.- 4 avqust.- S. 4.