Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
273 Bakı şəhəri,
4 avqust 2015-ci il
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə
satılan texnikaya güzəştlərin tətbiq
edilməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il
13 avqust tarixli 273 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1007) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəsinə “texnikaya” sözündən sonra “, suvarma sistemləri dəstinə və avadanlığına” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin.”.
3. 4-cü hissədə “2-ci və 3-cü hissələrində” sözləri “2-ci, 3-cü və 3-1-ci hissələrində” sözləri ilə əvəz edilsin, həmin hissəyə “texnikasının” sözündən sonra “, suvarma sistemləri dəstinin və avadanlığının” sözləri və “texnika” sözündən sonra “, suvarma sistemləri dəsti və avadanlığı” sözləri əlavə edilsin.
4. Həmin qərarla təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları” üzrə:
4.1. adına “texnikaya” sözündən sonra “, suvarma sistemləri dəstinə və avadanlığına” sözləri əlavə edilsin;
4.2. 1.1-ci bəndə “Fərmanına” sözündən sonra “və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına” sözləri və “(bundan sonra - kənd təsərrüfatı texnikası)” sözlərindən sonra “, Cəmiyyət tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinin və avadanlığının” sözləri əlavə edilsin;
4.3. 2-ci hissənin adına, 2.1-ci, 2.2-ci və 2.9-cu bəndlərə ismin müvafiq hallarında “kənd təsərrüfatı texnikası” sözlərindən sonra ismin müvafiq hallarında “, suvarma sistemləri dəsti və avadanlığı” sözləri əlavə edilsin;
4.4. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
“2.7-1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır.”;
4.5. 2.9-cu bənddə “onun” sözü “onların” sözü ilə əvəz edilsin və həmin bəndə “həmin texnikanın” sözlərindən sonra “, eləcə də suvarma sistemləri dəstinin və avadanlığının” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 5 avqust.- S. 1.