LaDiplomatieportalı: Ermənistanın etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bu ölkəyə ağır zərbə olacaq

 

FransanınLaDiplomatieportalında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çıraqov digərlərinin Ermənistana qarşıişi üzrə qərarı ilə bağlı məqalə yayılıb. Məqalənin müəllifi Loran Banin Məhkəmənin qərarını şərh edərək yazır ki, AİHM beynəlxalq hüququn müvafiq normalarını əldə rəhbər tutaraq şəxsi əmlak əlçatmaz olduğu halda dövlətin əlavə tədbirlər görmək vəzifəsinin olduğunu xatırladır. Bu qərarla Məhkəmə məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması onların öz əmlakına yiyələnməsi hüququnu tanıyır. Münaqişə başlayandan bəri ilk dəfə olaraq Məhkəmə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini Dağlıq Qarabağın bu gün erməni silahlı qüvvələrinin nəzarəti altında olduğunu qeyd edir. AİHM öz qərarını beynəlxalq hüququn müəyyən edilmiş qaydaları ilə əsaslandırır Ermənistanın Dağlıq Qarabağa nəzarətini işğal faktı kimi dəyərləndirir.

Qərarın icrası məcburi köçkünlərin öz evlərinə qayıtmasını Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlar prosesində Ermənistanın irəli sürdüyü bir çox şərtlər AİHM-in bu qərarı ilə de-fakto ləğv olunur. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan danışıqlarda Məhkəmənin qərarı Azərbaycanın xeyrinə atılan həlledici addımdır.

Məqalədə qeyd edilir ki, Strasburqun yüksək instansiyalı məhkəməsi işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını bildirir. Yəni, Ermənistan Dağlıq Qarabağ onun ətrafında yerləşən, ermənilərin heç vaxt yaşamadıqları 7 inzibati rayonda pozulan insan hüquqlarını bərpa etməlidir.

Məqalədə vurğulanır ki, Dağlıq Qarabağ ərazisində etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilən təcavüzkar Ermənistana ağır zərbə olacaq. AİHM-in bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həlli mövcud status-kvonun ləğv edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 5 avqust.- S. 2.