Şəmkirdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi qeyd edilib

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi hissələrdə silsilə tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr olunmuş növbəti tədbir Şəmkir hərbi birləşməsində keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini hörmət ehtiramla yad ediblər.

Müdafiə Nazirliyinin zabiti Nazim Əhmədov, hərbi hissənin zabitləri Loğman Xanlarov Kamran Heybətov çıxış edərək görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətləri, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolu Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərdən danışıblar.

Tədbirdə C.Naxçıvanskinin 43 illik qısa, lakin şərəfli ömür yolunu əks etdirən sənədli film, foto sərgi slaydlar nümayiş etdirilib.

 

Azərbaycan.- 2015.- 6 avqust.- S. 2.