İsrailin Birinci dövlət televiziya kanalında Xocalı qırğını haqqında film nümayiş etdirilib

 

İsrailin Birinci dövlət televiziya kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilənXocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açanSonsuz dəhlizsənədli filmi nümayiş etdirilib.

Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunub. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakısonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları səbəbkarları - erməni hərbi komandirləri ilə söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı müasir əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar.

İsrailinCəmiyyət üçün beynəlxalq layihələrqeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut AZƏRTAC-a müsahibəsində deyib: “Düşünürəm ki, “Sonsuz dəhlizfilminin İsraildə nümayiş etdirilməsi Xocalı haqqında həqiqətləri İsrail ictimaiyyətinə çatdıracaq. Heydər Əliyev Fondunun XX əsrin sonlarında Xocalıda törədilən dəhşətli amansız soyqırımı aktı haqqında həqiqətlərin yayılması istiqamətində böyük səylərinə baxmayaraq, dünyanın Xocalı gerçəkliklərindən xəbərdar olması üçün çox görmək, çevik fəal olmaq, hətta bəzən erməni diasporunun təbliğatına qarşı var gücünü ortaya qoymaq lazımdır. “Sonsuz dəhliz kimi filmlər çox çəkilməli, dünyanın əsas kanallarında nümayiş etdirilməlidir. Heydər Əliyev Fondu da hazırda məhz bu işlərlə məşğul olur”.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının əsas təşəbbüskarı Leyla Əliyeva ötən il Londonda, Britaniya Kino Televiziya Sənəti Akademiyasının festivalında çıxışında bu qorxunc qanlı faciə barədə informasiyanın yayılmasının əhəmiyyətini vurğulayaraq deyib: “Sonsuz dəhlizerməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. Biz belə cinayətlərin təkrarı ilə bir daha üzləşməməliyik”.

Dünya Xocalı barədə həqiqəti bilməlidir. Bu faciənin sərt amansız səhnələri Azərbaycanın ürəyində sağalmaz yaradır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri - Xocalı şəhəri bir gecədə viran qoyulub yandırılıb. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir. Erməni silahlı qüvvələrinin muzdlu dəstələrin şəhəri tərk etməyə macal tapmayan xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı qüvvələrinin vəhşilikləri nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam şikəst olmuş,1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir düşərək görünməmiş işgəncələrə, təhqir həqarətlərə məruz qalıblar.

Arye Qut deyib: “Heydər Əliyev Fondunun dəstəyi ilə “Justice for Khojalybeynəlxalq kampaniyası çərçivəsində istər İsrail ictimaiyyəti qarşısında, istərsə müxtəlif Avropa ölkələrində beynəlxalq forumlarda çıxış edərkən dəfələrlə təkrar etmişəm ki, Ermənistanda yüksək vəzifələr tutan adamlar - Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan başqaları bu soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Bunun üçün Ermənistan Prezidenti Serj Sarkisyanın səmimi etirafını xatırlatmaq yetər. S.Sarkisyan həyasızcasına deyib: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhz Xocalıda qırdıq”.

Ermənistanın günahını təkcə Azərbaycan hüquq-mühafizə orqanlarının sərəncamında olan sanballı faktlar deyil, həm çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciənin şahidlərinin ifadələri Xocalının işğalında iştirak edən erməni hərbçilərinin özlərinin dəlil-sübutları təsdiq edir. Yaxud Zori Balayanın etirafı. O, 1996-cı ildə çap olunmuşRuhumuzun canlanmasıkitabında Xocalı soyqırımına haqq qazandırıb. Terrorçu Balayan kitabında ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımını, təhqir həqarətləri fəxrlə sadalayıb. Bu cinayətkar qatı şovinist utanıb-qızarmadan bəyan edib ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar sübut edir ki, Xocalı şəhərində dinc mülki əhalinin düşünülmüş şəkildə məhv edilməsi onları təkcə azərbaycanlı olduqlarına görə kütləvi qırmaq məqsədi daşıyıb.

Xocalı şəhəri Azərbaycan ərazilərinin qəsb olunmasının, burada etnik təmizləmə aparılmasının, tükürpərdici qəddarlıq qarşısında çaxnaşma vəhşət yaratmağın növbəti mərhələsi olub.

Azərbaycan xüsusi xidmət orqanlarının informasiyasına görə, hərbi əməliyyatların aparıldığı vaxtdan bu günə qədər 4928 adam, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca itkin düşmüş sayılır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir qismi erməni əsirliyində xəstəlikdən dünyasını dəyişib, bir qismi oldürülüb, bəzilərini isə indiyə qədər ən ağır işlərdə qul kimi işlədirlər.

Ermənistanda işğal edilmiş ərazilərdə azərbaycanlı əsir girovlarla amansız rəftar olunmasını, onların qətlə yetirilməsini, tanınmaz hala salınmasını işgəncələrə məruz qalmasını sübuta yetirən çoxsaylı informasiya şahid ifadələri toplanılıb. Azərbaycanın Xocalı şəhərində qanlı qətliama görə Ermənistanın indiki cinayətkar klanı məsuliyyət daşıyır. Həmin insanların vicdanı, mərhəmət hissi var. Hazırda Ermənistan Respublikasında iqtidarda olan bu terrorçular hərbi cinayətkarlar mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Arye Qut ölçüyəgəlməz səylərinə, “Sonsuz dəhlizsənədli filminin eyni vaxtda ivrit ingilis dillərinə tərcümə olunmaqla İsrailin Birinci televiziya kanalında nümayiş etdirilməsinə görə Heydər Əliyev Fonduna onun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas təşəbbüskarı Leyla Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, “Sonsuz dəhlizfilmininXocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern şəhərlərində təqdimatı olub. İngilis dilində çəkilmiş filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə Çin, türk, fransız, italyan alman dillərinə tərcümə olunub. Bundan əlavə, film rus dilinə dublyaj edilib.

 

Azərbaycan.- 2015.- 6 avqust.- S. 6.