Kot-d’İvuar Respublikasının Prezidenti Zati-aliləri cənab Alassane Uattaraya
Hörmətli cənab Prezident,
Kot-d’İvuar Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 avqust 2015-ci il.
Azərbaycan.- 2015.- 7 avqust.- S. 1.