Qəbələdə Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu zirvə toplantısı keçirilib

 

Avqustun 6-da Qəbələ şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu zirvə toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, müasir Azərbaycan dövlətinin qurucusuna dərin ehtiramlarını ifadə ediblər.

Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstan Ağsaqqallar şuralarının sədrləri, TürkPA-nın rəsmi şəxsləri gündəmdə olan müxtəlif məsələləri müzakirə ediblər.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov zirvə toplantısında iştirak edənləri salamlayaraq bildirib ki, türkdilli ölkələrin əməkdaşlığı istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter almaqda, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır. Artıq nəticəsini verən bu təşəbbüslər türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir mərhələsinin başlaması ilə xarakterizə olunur. Bu istiqamətdə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticələri perspektivdə atılacaq addımların nədən ibarət olacağı türkdilli dövlətlərin birgə fəaliyyətinin koordinasiya olunmasında yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində daim əsas müzakirə predmetləri sırasında yer alıb.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyev, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, senator Adil Ahmetov, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa İsen çıxış edib.

Zirvə toplantısında iştirak edən digər ölkələrin nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

Toplantıda Türk Akademiyası tərəfindən orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlananOrtaq türk tarixidərslik proqramı türk dövlətlərinin inteqrasiya konsepsiyası, eləcə Ortaq coğrafiyakitabının ərsəyə gətirilməsinə dair müzakirələr aparılıb. Həmçinin tədbirdə sentyabrın 11-də Qazaxıstanda keçiriləcəkİnformasiya Media İşbirliyiTürk Toplusunun 5-ci zirvə toplantısından əvvəl bu sahə üzrə nazirlərin görüşünün keçirilməsi barədə fikir mübadiləsi edilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diasporlarının regional mərkəzlərinin ABŞ, Fransa Almaniyada qurulması, birgə fəaliyyət göstərmələri bir mərkəzdən idarə olunmaları istiqamətində fikir mübadiləsi aparan ağsaqqallar, həmçinin Şuraya üzv ölkələrdə keçiriləcək prezident parlament seçkilərində TürkPA missiyası tərəfindən müşahidəçilərin seçki prosesini izləməsi məsələlərini müzakirə ediblər.

Eyni zamanda, tədbirdəQardaş limanlar”ın 2-ci toplantısının bu il Bakıda keçirilməsi, eləcə Şuraya üzv ölkələr arasında alternativ enerji informasiya, kommunikasiya texnologiyaları sahələrində yeni işbirliyi layihələri haqqında müzakirələr aparılıb. Zirvə toplantısının sonunda nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunub.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan Türkiyə tərəfindən Avrasiyada sülh sabitliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.

 

Azərbaycan.- 2015.- 7 avqust.- S. 2.