Yaponiya Hökuməti Azərbaycanın aqrar sektoruna 1 milyon dollara yaxın qrant ayırıb

 

Avqustun 6-da Bakıda Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardım (ODA) proqramı çərçivəsində "Yaponiyanın kiçik orta həcmli şirkətlərinin məhsullarının təminatı" üçün qeyri-layihə qrant yardımı xətti üzrə mübadilə olunacaq nota digər müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mübadilə olunacaq notaları müvafiq sənədləri Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Azərbaycan tərəfindən isə kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıb.

Səfir T.Takahaşi bildirib ki, qeyri-layihə üzrə qrant yardımı xəttinin əsas məqsədi Yaponiyanın kiçik orta həcmli müəssisələrinin səmərəli istifadəsi rahat olan texnologiyalarından istifadə edərək inkişaf etməkdə olan ölkələrin iqtisadi sosial inkişafına yardım göstərməkdir. Bu layihə ODA proqramının bir hissəsi olaraq Yaponiyanın kiçik orta həcmli müəssisələrinin yüksək texnologiyalarından istifadə edərək Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfəsini verəcək. Hazırkı layihə üçün Yaponiya Hökumətinin ayırdığı qrantın məbləği 909 min dollardır (təxminən 100 milyon yapon yeni).

Kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, imzalanan sənəd Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında yeni mərhələdir. Yaponiya Hökuməti Azərbaycanda aqrar sektorun inkişafına daim dəstək göstərib. Kənd təsərrüfatı iliçərçivəsində imzalanan bu sənəd hesab edirəm ki, aqrar sektorda texnika parkının yenilənməsində, insan resurslarının inkişafında, müasir texnologiyalardan istifadə edərək bacarıqların artırılmasında müstəsna rol oynayacaq. Bu texnikalar Yaponiyanın iri orta həcmli şirkətləri tərəfindən istehsal olunan avandanlıqlardır. Bunlar kənd təsərrüfatında texnikaya olan tələbatın müəyyən hissəsinin ödənilməsində mühüm rol oynayacaq hədəflərimizin həyata keçirilməsində töhfə verəcək.

 

Azərbaycan.- 2015.- 7 avqust.- S. 2.