Azərbaycanın hərbi gücü qarşısında duruş gətirmək çox çətindir

 

Yaxın Şərqdə vəziyyətin həddindən artıq gərginləşdiyi, qanlı toqquşmaların getdiyi, yeni müharibə ocaqlarının yarandığı Avropada dərin iqtisadi böhrandan hələ ki, çıxış yollarının tapılmadığı bir zamanda dinamik inkişafı ilə, eləcə əldə etdiyi uğurlarla dünyanın diqqət mərkəzində olan Azərbaycan bir daha regionda söz sahibi, lider dövlət olduğunu sübut edir. Yürüdülən qətiyyətli siyasət, inkişaf etmiş ölkələrlə ikitərəfli qarşılıqlı münasibətlərin daha da güclənməsi Azərbaycana verilən dəyərin göstəricisidir.

Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Əlbəttə ki, bu çox böyük rəqəmdir. Həm ona görə önəmlidir ki, bu sərmayələrdə xarici investisiyalar üstünlük təşkil edir. Son bir neçə ayda həyata keçirilən sosial-iqtisadi layihələrə nəzər salsaq, qazanılan uğurları aydın şəkildə görmüş olarıq.

Azərbaycanda son 12 il ərzində 1 milyon 400 min yeri açılmışdır ki, onlardan 1 milyonu daimi yeridir. Bunun hesabına ölkədə işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olub.

Cari ilin may ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının keçirilməsi Asiya Sakit okeanı regionunda iqtisadi inkişafın təkamülün təmini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığının genişlənməsinə böyük imkanlar açdı.

Avqustun 3-də isə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrəŞixezi (Çin)-Dostık-Aktau-Ələt limanıistiqamətində hərəkət edənNomand ekspress” ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdı. İlk sınaq konteyner qatarı iyulun 28-də Çinin Şixezi şəhərindən start götürüb, iyulun 31-də Qazaxıstanın Aktau limanına, avqustun 3-də Azərbaycana çatmaqla məsafəni 7 günə qət etmiş oldu. Bu, Azərbaycanın tarixi uğuru idi. Hələ 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək Yolunun bərpasını təmin etmək idi. Bu hadisə isə sübut etdi ki, həmin istiqamətdə səylər bu gün davam edir. Layihə çərçivəsində tranzit xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Sentyabrda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

Digər bir məqama diqqət edək. Bu günlərdə Yaponiyanın Fukuoka şəhərindəAzərbaycan - gələcəyin ölkəsiadlı növbəti seminar təşkil edildi. “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida ölkəmizin son illərdə qazandığı mühüm uğurlardan danışdı. Bildirdi ki, Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəət bacarıqla ölkənin tərəqqisinə yönəldilir.

Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verən Kazuyasu İşida qeyd etdi ki, qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərəsisteminin tətbiqi kiçik orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.

Göründüyü kimi, artıq dünyanın inkişaf etmiş dövlətləri investisiya qoyuluşu, iqtisadi münasibətlərin daha da genişləndirilməsində Azərbaycanı seçir, ikitərəfli münasibətlərin inkişafında maraqlı olan tərəf kimi təşəbbüslər irəli sürürlər. Azərbaycan dövləti isə öz seçimini edir xalqın rifah halının daha da yaxşılaşdırılması, ölkə maraqlarına xidmət edə biləcək layihələrə qoşulmaqla həm strateji tərəfdaşlarının sayını artırır.

Bütün bu uğurları Azərbaycan hələ müharibə şəraitində olan bir dövlət kimi qazanır. Hər bir sahədə sürətli inkişaf olduğu halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş hiss olunmur. Çünki Azərbaycana qarşı mövcud olan ikili standartlar prinsipi daimqüvvədəsaxlanılır. Bu gün səfalət içində yaşayan işğalçı Ermənistan isə sadəcə olaraq “status-kvo”nu saxlamağa çalışır. Bu ölkənin kriminal diktatura rejimi yaxşı bilir ki, məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Bu gün Ermənistan dərin siyasi, mənəvi, psixoloji maliyyə böhranı içindədir. İşğalçı ölkənin inkişafı üçün heç bir resurs yoxdur. Xalqın ayağa qalxması, əhalinin ölkəni tərk etməsi, iqtisadiyyatın çökməsi, sənayenin məhv olması bu ölkəni uçuruma aparır.

Azərbaycan isə günü-gündən güclənir iqtisadi, siyasi, hərbi güc toplayır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edən dövlət başçısı məhz bu məsələyə xüsusi olaraq toxunmuşdur. Prezident bildirmişdir ki, ordu quruculuğu bizim üçün daim prioritetdir Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilib. Hərbi Dəniz Qüvvələri bazası yaradılıb. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 66 milyon manatdan çox vəsait yığılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılmışdır. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Prezident İlham Əliyev əminliklə söyləmişdir ki, Ermənistan Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi siyasi dəstək hesabına Ermənistan hələ ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, antiazərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır yenə deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.

Həqiqətən bu gün səfalət içərisində olan Ermənistan xarici havadarlarının sayəsində bir qədər ayaqda dayana bilir. Azərbaycanın razılığı olmadığından heç bir iqtisadi layihələrdə iştirak edə bilməyən işğalçı ölkə düşdüyü acınacaqlı durumdan çıxmaq üçün yollar axtarsa da, vəziyyət getdikcə ağırlaşır. Bu ölkənin həm kriminal rəhbərliyi, həm əhalisi yaxşı anlayır ki, çıxış yolu yalnız işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan ordusunun geri çəkilməsindədir. O gün isə uzaqda deyil.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 8 avqust.- S. 2.