Azərbaycanın müdafiə naziri ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi
ilə görüşüb
Avqustun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 8 avqust.- S. 2.