Tolerantlıq Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib

 

Tolerantlıq hər bir ölkənin demokratik səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Azərbaycanda tolerantlıq - irqi, milli, dini bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bugünün həm lokal, həm qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası odur ki, tolerantlıq Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib.

 Azərbaycanda tolerantlıq düşüncəsinin inkişafına ölkəmizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi zəngin karbohidrogen ehtiyatlarına malik olması da öz təsirini göstərmişdir. Xüsusən XIX əsrdə Bakıda sənaye üsulu ilə ilk neft mədənlərinin qazılması Azərbaycana müxtəlif ölkələrdən neft maqnatlarının gəlməsinə stimul yaratmışdır. Nobel qardaşlarının həmin dövrdə Bakıda həyata keçirdikləri mühüm layihələr buna misal ola bilər. XX əsrin əvvəllərində Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan İrandan da çoxlu sayda tacirlər, neftçilər, habelə fəhlələr gələrək Bakıda Azərbaycanın digər bölgələrində çalışmışlar. Beləliklə, ötən əsrin əvvəllərində iqtisadi fəallığın artması, sənayenin inkişafı, orta burjuaziyanın formalaşması digər obyektiv tarixi proseslərlə əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti inkişaf etmişdir.

XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək fürsəti yaratmışdır. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi hüquqlarının təmini, bütün xalqların hər bir kəsin milli, dini, sinfi, silki cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren, demokratik, hüquqi dövlət yaradılması istəyinin, habelə tolerantlığın bariz təcəssümü olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşamalı olmuşdur. Bu illərdə mərkəzin qondarmavahid sovet xalqıformalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi, Azərbaycanda da etnik tolerantlığın güclənməsinə təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə qarşı dözümsüzlük nümayiş etdirmişdir. Həmin illər respublikada məscidlər bağlanmış, din xadimləri sıxışdırılmış, islami dəyərlərin yayılmasına qarşı sərt tədbirlər həyata keçirilmişdir. Bununla belə, 70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə bilməmiş, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, 1970-1980-ci illərdə məhz ulu öndər Heydər Əliyevin himayəsi ilə onlarca məscid tarixi abidə adı altında saxlanılmış, əsaslı təmir edilmiş, xalqa qaytarılmışdır. 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən dini ziyarətgahların əsaslı təmiri yenidən qurulmasına böyük qayğı göstərmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması bu siyasətin uğurla davam etdiyini sübuta yetirir. Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsüm Ağa digər məscid ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy Məscidində əsaslı təmir yenidənqurmanın aparılması, Şamaxı Cümə Məscidində böyük təmir-tikinti işlərinin görülməsi deyilənlərə əyani misaldır. Ümumiyyətlə desək, müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir.

Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini aktual məsələlərdən birinə çevirmişdir. Odur ki, dövlət xalqın dini dəyərlərinin mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun İSESCO-nun dəstəyi ilə Bakıda keçirilənMədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsimövzusunda beynəlxalq forum da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Son illər fondun səyi ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında humanitar mədəni sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-nin Bakınıİslam mədəniyyətinin paytaxtıelan etməsi humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunur.

Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycanda yaşayan bütün xalqların dinlərin nümayəndələri arasında tərəfdaşlıq qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc, yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. BakıdaÜmumdünya mədəniyyətlərarası dialoq forumu”nun keçirilməsi Azərbaycanda milli dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasda bu barədə deyib: “Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük bu, bizi narahat edir”.

Tolerantlıqla bağlı Qərb ölkələrinə nümunə ola biləcək Azərbaycanda beynəlxalq humanitar forumların keçirilməsi deyilənləri sübut edir. Milli, irqi, dini dözümlülüklə bağlı dünyaya mesajı özündə ehtiva edən həmin forumlarda Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olduğu sübuta yetirilmişdir. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Qeyd olunan müsbət meyillər bu gün davam edir.

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 9 avqust.- S. 1, 2.