Jurnalistikaya dair yeni kitab

 

Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində filologiya elmləri doktoru, professor Alxan BayramoğlununJurnalist sənətkarlığıkitabı (“Elm v təhsilnəşr, 88 səh.) çapdan çıxmışdır.

Kitabda vətəndaş cəmiyyətinin formalaşması milli dövlətçiliyin möhkəmləndirilməsində müasir mətbuat jurnalistikanın öhdəsinə düşən vəzifələr gündəmə gətirilmişdir. Əsərdə  həmin vasitə üsulların müxtəlif elmi-nəzəri prinsiplərindən, taktiki təcrübi xüsusiyyətlərindən söhbət açılır. Müəllif diqqətə çatdırır ki, Azərbaycan mətbuatında çalışan jurnalistlər  dövlət qayğısına   etimada cavab olaraq bu vəzifələri vətəndaşlıq məsuliyyəti peşəkarlıqla yerinə yetirməlidirlər. Bunun üçün jurnalistlərimiz dərin elmi-nəzəri biliyə, geniş dünyagörüşə, ayıq siyasi hüquqi düşüncəyə, sağlam vətəndaş mövqeyinə, mənəvi-əxlaqi dəyərlərə, milli dövlətçilik sevgisi ilə yoğrulmuş təəssübkeşliyə, taktiki vərdişlərə, mübarizliyə s. keyfiyyətlərə malik olmalıdırlar.

Bu tələb tövsiyələrlə ətraflı tanış olmaq üçün kitabda verilmişJurnalistin intellekti vətəndaş məsuliyyəti”,  Materialın toplanması, işlənməsi çap mexanizmi haqda”, “Jurnalist ünsiyyətinin bəzi psixoloji məqamları”, “Kütləvi informasiya vasitələrinin təsisi, təşkili dördüncü hakimiyyət”in forma üsulları”, habelə digər yarımbaşlıqlı yazılara xüsusi diqqət yetirilməlidir.

Ümidvarıq ki, BDU-nun Jurnalistika fakültəsinin müəllimləri fililogiya üzrə elmlər doktoru Nəsir Əhmədli Akif Rüstəmovun rəyçiliyi, Cahangir Məmmədlinin redaktorluğu ilə işıq üzü görənJurnalist sənətkarlığıhər bir mətbuat təəssübkeşinin, xüsusilə yaxşı jurnalist olmaq istəyənlərin stolüstü kitabına çevriləcəkdir.

 

Azərbaycan.- 2015.- 9 AVQUST.- s. 6.