Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
İltimas Məmmədov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2015-ci il
Azərbaycan.- 2015.- 11 avqust.- S. 1.