Prezident İlham Əliyev jurnalistin vəfatından ciddi narahat olmuş məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürmüşdür

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirmişdir ki, Prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olmuşdur.

Azərbaycan Prezidenti bu faktı ölkədə söz məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə təhdid kimi qiymətləndirərək qeyd etmişdir ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir yolverilməzdir.

Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar vermişdir. Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırmışdır.

Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq azadlıqlarının, həmçinin söz məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirmişdir.

 

Azərbaycan.- 2015.- 11 avqust.- S. 1.