Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1205 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Şahin Mustafayev            - Azərbaycan Respublikasının iqtisadiyyat sənaye naziri

 

Komissiyanın üzvləri:

 

Vaqif Əliyev              - Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin birinci müavini

Xələf Xələfov            - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Toğrul Musayev         - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Gülməmməd Cavadov   - Azərbaycan Respublikası energetika nazirinin müavini

Elmir Vəlizadə           - Azərbaycan Respublikası rabitə yüksək texnologiyalar nazirinin müavini

Rauf Hacıyev            - Azərbaycan Respublikası ekologiya təbii sərvətlər nazirinin müavini

Seyfəddin Talıbov      - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ceyhun Bayramov     - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nigar Əliyeva           - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İntiqam Babayev      - Azərbaycan Respublikası gənclər idman nazirinin müavini

Səfər Mehdiyev        - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Xəqani Abdullayev    - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Elşad Nəsirov           - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tahir Tağızadə         - Azərbaycan Respublikasının Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə səlahiyyətli səfiri

Namiq Xəlilov           - Azərbaycan Respublikası MaliyyəNazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2015-ci il

 

Azərbaycan.- 2015.- 11 avqust.- S. 1.