Avropa Oyunları Azərbaycanı dünyada günəş kimi parlatdı

 

Son 10 ildə özünün sosial-iqtisadi inkişafı, müstəqil qətiyyətli siyasəti ilə dünyanın inkişaf etmiş ölkələri sırasında adı çəkilən müstəqil Azərbaycan Respublikası I Avropa Oyunlarına evsahibliyi etməklə bir daha qüdrətini dünyaya nümayiş etdirdi. Odlar Yurdu öz odu ilə hər kəsin qəlbinə istilik gətirdi. Azərbaycan dünyaya həm sülh ölkəsi olduğunu göstərməklə bir daha sübut etdi ki, Bakı sivilizasiyaların qovuşduğu bir məkandır, dinlərarası millətlərarası münasibətlər isə dünya üçün örnəkdir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan 17 günlük idman bayramına ən yüksək formada evsahibliyi etdi, avropalılara öz mədəniyyətini, incəsənətini, qonaqpərvərliyini göstərdi. Hər kəs Azərbaycanın nəyə qadir olduğunun bir daha şahidinə çevrildi.

“Bakı-2015” həm Azərbaycanın, həm dünyanın idman tarixində yeni səhifə açaraq xoş təəssürat yaratdı. Bütün bunlar isə düşünülmüş qətiyyətli siyasət yürüdən Prezident İlham Əliyevin möhkəm iradəsi sayəsində baş tutdu. Avropa Olimpiya Komitəsinin qərarına müsbət cavab verən dövlət başçısı həm özünə, həm müstəqil Azərbaycana başucalığı gətirdi. Respublikamızın hərtərəfli inkişafı üçün çalışan, xalqın etibar inamını qazanan Prezident İlham Əliyev bir daha istənilən tədbiri, yarışı keçirməyə qadir olduğunu göstərdi.

Bəli, çoxları üçün ilk Avropa Oyunlarının Azərbaycan tərəfindən yüksək beynəlxalq standartlar çərçivəsində keçirilməsi xəyal kimi görünsə , gerçəklik çoxlarını heyrətə gətirdi. Avropa Olimpiya Komitəsi Azərbaycanın 2 il yarım müddətində gördüyü hazırlıq işlərini, inşa edilən idman infrastrukturlarını rekord hadisə adlandırdı.

Yadımdadır, 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə cənab İlham Əliyev öz çıxışındaAzərbaycan dövləti Milli Olimpiya Komitəsi idmançılara qayğı göstərəcək, idmançılardan isə biz qələbələr gözləyirikdemişdi. Dövlət başçısının Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən indiyədək idmanın inkişafı üçün etdikləri göz önündədir. Bu siyasət nəticəsində Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. 18 ildir Azərbaycan idmanı ancaq yüksəlişdədir. Hər il idmançılarımız yeni rekordlar müəyyənləşdirirlər. Avropa Oyunları isə tariximizə qızıl hərflərlə yazıldı. İdmanımızda yeni-yeni rekordlar qeydə alındı. Avropanın 50 dövləti içərisində 2-ci olmaq isə möhtəşəm bir zəfərdir. Azərbaycan tarixində heç bir idman yarışında 21 qızıl medal qazanmayıb.

Azərbaycanın bu uğuru bir daha onu göstərir ki, idmançılarımızın bu qələbələri heç təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün bəhrəsini verməkdədir. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişaf etdirilməsinə onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirir. Ölkə Prezidentinin mətin iradəsi böyük səyləri nəticəsində istər paytaxtda, istərsə bölgələrdə istifadəyə verilən olimpiya idman kompleksləri idmançılarımızın Avropa Oyunlarında parlaq qələbələr qazanmalarında mühüm rol oynadı.

Bu uğurların qazanılmasında həmçinin Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın xüsusi rolu vardır. Prezident İlham Əliyevin dediyi kimi, Təşkilat Komitəsi tərəfindən hər bir xırda məsələ ilə bağlı işlər yüksək səviyyədə görülüb. Mehriban Əliyeva bu Oyunların keçirilməsinə çox böyük töhfə verib. Dövlət başçısı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım ƏliyevanıHeydər Əliyevordeni ilə təltif etdi. Eyni zamanda, idmanımızın inkişafında əməyi olan digər şəxslər orden medallarla mükafatlandırıldılar.

Azərbaycan idmançılarına daim dəstək verən, onların qayğısına qalan, hər problemini həll edən Milli Olimpiya Komitəsi isə 17 günlük möhtəşəm yarışlarda idmançıların doğma ocağı olduğunu nümayiş etdirdi. İyun ayının 14-dən başlayaraq hər gün MOK-daZəfər günləriadlı xüsusi bayram tədbiri təşkil olundu. Yarışlarda medal alan idmançılarımız onların ailə üzvləri ertəsi günZəfər günləri”nin qonağı olub öz sevinc hisslərini hər kəslə bölüşdülər. MOK rəhbərliyi tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılan atletlərimizZəfər günləriüçün hazırlanmış nar ağacının simvolik bəhrələrinə imza atmaqla bu şanlı tarixə öz möhürlərini vurdular. İyun ayının 29-na qədər keçirilən bu bayramda atletlərimiz uğurlarını gələcək yarışlarda da davam etdirib Azərbaycan bayrağını yüksəkliklərdə dalğalandıracaqlarına söz verdilər.

Bir sözlə, Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Həm siyasi, həm iqtisadi sahələrdə, diplomatik arenalarda idman yarışlarında ölkəmizin böyük qələbələri var. Dövlət başçısının dediyi kimi: “Biz haqlı olaraq bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq”. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyiAzərbaycan dünyaya günəş kimi doğacaqfikri bu gün həqiqətə çevrilib Avropa Oyunları ilə ölkəmiz bütün bəşəriyyətə günəş kimi parladı.

 

Zərifə SALAHOVA,

MOK-un İcraiyyə Komitəsinin üzvü

 

Azərbaycan.- 2015.- 11 avqust.- S. 3.