İdmançılarımızın nailiyyətləri bizi sevindirir

 

I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bir vətəndaş kimi məndə qürur hissi doğurdu. Bu açılış Azərbaycanın iqtisadi qüdrətinin, ölkəmizin qədim tarixinin onun müasirliyinin təcəssümü idi. Azərbaycan artıq nəinki ictimai-siyasi mədəni tədbirlərin, həmçinin beynəlxalq idman yarışlarının da keçirildiyi bir məkana çevrilmişdir. Ölkəmizin qazandığı nailiyyətlərə idman sahəsindəki uğurlar da əlavə olunmuşdur. Məlum olduğu kimi, bu Oyunlarda 50 ölkədən müxtəlif idman növü üzrə 6 min idmançı iştirak edirdi. İdmançılarımız Oyunların ilk günlərindən böyük uğurlara imza atdılar.

Azərbaycan idmançılarının bir-birinin ardınca uğurlar əldə etməsi ölkəmizdə idmana yüksək səviyyədə  göstərilən qayğının nəticəsidir. Azərbaycan azarkeşlərinin I Avropa Oyunlarına böyük maraq göstərməsini Avropa Oyunları Əməliyyatlar Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çox vacib komponent adlandırmışdır.

Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilk növbədə Azərbaycanın qələbəsidir. İdmançılarımızın uğurları bizi çox sevindirir.

     

Vəli BAXŞƏLİYEV,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2015.- 11 avqust.- S. 3.