Taxılçılıqda rekord nəticə əldə edilib

 

İqlim dəyişikliyi nəticəsində baş verən quraqlıqlar leysan yağışlar aqrar sektorda məhsul istehsalına ciddi ziyan vurur. Hazırda alimlər daha tez yetişən, quraqlığa davamlı sortlar hazırlanması üzərində çalışırlar. Demək olar ki, bu sahədə müəyyən uğurlar da qazanılıb. İkinci bir tərəfdən, torpaqlardan səmərəli istifadə edilməyəndə məhsuldarlıq xeyli azalır.

Odur ki, hər bir ölkə öz əhalisinin ərzaqla təminatını milli təhlükəsizlik səviyyəsində görür.

Azərbaycan dövləti ərzaq təhlükəsizliyinin təmin edilməsini özünün prioritet istiqamətlərindən biri sayır. Buna görə ölkədə ciddi struktur islahatları aparılır, müasir dövrün tələblərinə cavab verən texnika texnologiyalar gətirilir. Məqsəd aqrar sektorda məhsuldarlığı yüksəltməkdir. Çünki köhnə texnika toxumlardan istifadə etməklə aqrar sektorda yüksək məhsuldarlığa nail olmaq mümkün deyil. Bunun üçün yeni texnika alınmalı elit toxum sortları yetişdirilməlidir. Hazırda bu istiqamətdə ciddi işlər görülür.

Aqrar sektorda məhsul artırmağın digər yolu yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsidir. Bu yolla ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə bərabər, kənd təsərrüfatı məhsullarının ixracına da nail olmaq mümkündür. Hazırda ölkədə mükəmməl suvarma sistemləri qurulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Suvarma ilə bağlı layihələr. Artıq onların böyük hissəsi başa çatıb. Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir bu məqsədlər üçün ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə Şəmkirçay dəryaçasından əkin sahələrinə olan kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək.

Xızı rayonunda artıq kanallar tikilir. Taxtakörpüdən qidalanan torpaq sahələri müəyyən edilib minlərlə hektar torpaq sahəsi bu il artıq suvarılacaq oradan biz yaxşı məhsul gözləyirik. Beləliklə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmli addımlar atılmış olur.

Bu il Tovuzçay su anbarının tikintisi başa çatıb. Bu da çox önəmli layihədir. İyirmi min hektar torpaqda suvarma yaxşılaşdırılacaq 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır...

Kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq”.

Göründüyü kimi, dövlət əhalinin vacib ərzaq olan çörəklə təminatına strateji sahə kimi baxır. Buna görə ölkədə taxılçılığın inkişafı üçün fermerlərə bir sıra güzəştlər edilib. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə əkin sahələrinin becərilməsində istifadə edilən yanacaq motor yağlarına görə büdcə vəsaiti hesabına ayrılan yardımın həcmi 40 manatdan 50 manata qaldırılıb. AqrolizinqAçıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının müvəqqəti suvarma sistemlərinin ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Aqrar sektorda çalışan sahibkarlara mineral gübrələrin satış qiymətlərinə tətbiq edilən güzəştlərin həcmi 50 manatdan 80 manatadək artırılıb.

Aqrar sektorda məhsuldarlığın artırılmasında yeni elit sortlar xüsusi əhəmiyyət kəsb edir. Ona görə Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutlarının yenidən qurularaq müasir dövrün tələblərinə cavab vermək səviyyəsində olması üçün dövlət tərəfindən vəsait ayrılıb. Məqsəd bu sahənin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsidir. Buna görə aqrar sektorda yeni qurum olan Dövlət Taxıl Fondunun yaradılması barədə Prezident tərəfindən sərəncam imzalanıb.

Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün ötən il Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən Qobustan, Şamaxı, Qəbələ Şəki rayonlarının taxılçılarına dövlət vəsaiti hesabına 2850 min manat dəyərində 6654,2 ton yüksək reproduksiyalı toxum verilib ki, həmin fermerlərin əkin sahələrində məhsuldarlıq daha yüksək olub. Aqrar sektorda fəaliyyət göstərən bütün sahibkarlar belə toxumlarla təmin edildikcə taxılçılıqda məhsuldarlıq daha da artacaq. Əsas məqsəd bu yolla ölkədə ciddi taxıl ehtiyatı fondu yaratmaqla ərzaq təhlükəsizliyini təmin etməkdir.

Aqrar sektora dövlətin göstərdiyi dəstək nəticəsiz qalmayıb. Bu sahədə məhsuldarlıq ildən-ilə dinamik şəkildə artmaqda davam edir. Cari ildə isə taxılçılıqda yeni rekord müəyyənləşib. Belə ki, mövsüm ərzində biçilməsi nəzərdə tutulan 915212 hektar payızlıq yazlıq dənli dənli-paxlalıların (qarğıdalısız) məhsulunun vaxtında, mütəşəkkil itkisiz yığılmasını təmin etmək üçün 2241 kombayn biçinə cəlb edilib biçin kampaniyası uğurla başa çatdırılıb.

Dövlət Statistika Komitəsinin avqustun 3-nə olan məlumatına görə, sahələrin 99,2 faizi biçilib. Hər hektardan 30,5 sentner olmaqla, 2766006 ton taxıl yığılıb. O cümlədən, 539715 hektar buğda sahəsinin 99,5 faizi biçilərək hər hektardan 31,3 sentner məhsul götürülüb. Göstərilən tarixə taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 33,8 faiz, o cümlədən buğda üzrə 30,4 faiz yüksəkdir. Qeyd edək ki, bu, taxılçılıqda rekord göstəricidir. Bundan əvvəl ən yüksək məhsuldarlıq 2008-ci ildə qeydə alınıb ki, bu da 27,9 sentner olub.

Taxılçılıqda yüksək məhsuldarlıq ölkəmizin ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Yuxarıda göstərilən rəqəmlərə görə, ölkəmizin bu strateji məhsula olan tələbatı, demək olar ki, daxili istehsal hesabına təmin edilib. Bu, bizi digər dövlətlərdən taxıl idxalından azad edir. İnanırıq ki, bu uğurların davamı olacaq, dövlət tərəfindən aqrar sektorda ardıcıl surətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində gələcəkdə bu sahədə daha böyük nailiyyətlərə imza atılacaq.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2015.- 11 avqust.- S. 4.