Prezident İlham ƏliyevAvanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

Dövlətimizin başçısına iri fermer təsərrüfatları barədə məlumat verildi. Bildirildi ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondu hesabına iri fermer təsərrüfatlarının yaradılması prosesi davam etdirilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib.

Hazırda təsərrüfatlarda müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması eroziyaya uğraması proseslərinin qarşısının alınmasına ən əsası orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb. Artıq fəaliyyətə başlamış təsərrüfatlarda ərzaq buğdası üzrə orta məhsuldarlıq 57-60 sentner təşkil edir ki, bu da ölkə üzrə göstəricidən iki dəfəyədək çoxdur. Yaradılacaq müasir təsərrüfatlarda növbəli əkin sisteminin həyata keçirilməsi kənd təsərrüfatını rentabelli sahəyə çevirməklə yanaşı, bir sıra məhsulların istehsalının artımına səbəb olacaq. Bu da ərzaq buğdasına, yüksək reproduksiyalı buğda toxumuna, heyvandarlıqda quşçuluqda istifadə edilən əsasən idxal olunan yem məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək. Bu isə öz növbəsində ölkədə heyvandarlığın, o cümlədən quşçuluğun inkişafı ilə yanaşı, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə müsbət təsir göstərəcək.

Azərbaycan Prezidentinə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verildi. Qeyd olundu ki, indiyədək Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 30 investisiya layihəsinin – 4 logistika mərkəzinin, 2 taxıl anbarının, 1 iri fermer 3 quşçuluq təsərrüfatının, 1 cins heyvandarlıq 3 istixana kompleksinin, 1 üzümçülük 2 intensiv bağçılıq təsərrüfatının, 1 çay istehsalı emalı, 2 meyvə-tərəvəz emalı, 1 süfrə sularının qablaşdırılması zavodunun, 4 çörək, 1 tikinti materialları, 1 qüvvəli yem, 1 mebel istehsalı 2 turizm müəssisəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat dövlətin güzəştli kreditləri verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kreditlər verilib bu kreditlər hesabına 4580-dək yeni yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib bu kreditlər hesabına 2900-dən çox yeni yeri açılıb.

Sonra Prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuşAvanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxdı. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir.

Ərazidə yeraltı qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirmək üçün 3 kilometr uzunluğunda mövcud kanal təmizlənib, tutumu 50 min kubmetr olan süni göl yaradılıb, 2,3 kilometr uzunluğunda yeni elektrik xətti çəkilib.

Təsərrüfat üçün ofis binası, nasosxanalar texnikaların saxlanılması məqsədilə avtopark tikilib. Aqrolizinq” ASC vasitəsilə AlmaniyanınClaasşirkətinin istehsalı olan texnika aqreqatlar gətirilib. Layihənin icrası nəticəsində 50-dək yeni yeri yaradılıb.

Dövlətimizin başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 12 avqust.- S. 2.