H.K.Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 avqust 2015-ci il
Azərbaycan.- 2015.- 13 avqust.- S. 1.