Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmişSahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87) ilə təsdiq edilmişSahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bənddə “5.5-5.7-ci” sözləri “5.5-ci 5.6-cı” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 5.7-ci bənd əlavə edilsin:

“5.7. Azərbaycan Respublikasının İqtisadiyyat Sənaye Nazirliyi bu Əsasnamənin 3.1-ci 3.5-ci bəndlərində nəzərdə tutulmuş istənilən məsələ ilə bağlı məlumat bazasına daxil ola həmin məlumatlardan istifadə edə bilər. Bu məqsədlə həmin məlumatlar Ədliyyə Nazirliyi tərəfindən Reyestrin internet şəbəkəsində yerləşdirilir.”.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2015-ci il

 

Azərbaycan.- 2015.- 13 avqust.- S. 1.