Qəbələ inkişaf tempini daha da artırır

 

İlin bütün fəsillərində Qəbələnin yaxından-uzaqdan qonaq-qarası əskik olmur. Respublika beynəlxalq miqyaslı tədbirlərə, festivallara müxtəlif toplantılara bu qədim müasir diyar yüksək səviyyədə ev sahibliyi edir. Hər yay qəbələlilər üçün beynəlxalq musiqi festivalı ilə əlamətdar olur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festivalın sorağı ölkə hüdudlarından çox-çox uzaqlara yayılıb. 7 il əvvəl keçirilən birinci festivala dünyanın 16 ölkəsindən musiqili qonaqlar qatılmışdısa, sonrakı festivallarda 30-dan yuxarı ölkədən tanınmış musiqiçilər bura üz tutmuşlar. Bu baxımdan VII Beynəlxalq Musiqi Festivalı da çox əlamətdar oldu. Qonaqlar Qəbələdən böyük təəssürat unudulmaz xatirələrlə ayrıldılar. Qəbələnin inkişafından, dünya miqyaslı müasir bir şəhərə çevrilməyindən ağızdolusu danışan müsafirlər, özləri demiş, ürəklərini burada qoyub getdilər.

Qəbələnin təbii iqlimi, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları, həmçinin tarixi keçmişi, “İpək yolu”nun üstündə yerləşməsi rayonun turizm məkanı kimi inkişaf etməsinə stimul verən amillərdəndir. Hazırda Qəbələdə fəaliyyət göstərən 16 hoteldən 4-ü beş, 1-i dörd 2-si üçulduzludur. Bu hotellərin hesabına Qəbələ şəhəri gündə 2 mindən çox turisti qəbul etmək imkanına malikdir.

Qəbələ Rayon Mədəniyyət Turizm Şöbəsinin strukturunda Mədəniyyət Mərkəzi onun 35 filialı, Heydər Əliyev Mərkəzi, İncəsənət məktəbi, dövlət rəsm qalereyası, tarix-diyarşünaslıq muzeyi, Mərkəzləşdirilmiş kitabxana sistemi onun 26 filialı, tarix-bədii qoruğu fəaliyyət göstərir.

Cari ilin 6 ayı ərzində Qəbələyə 21 mindən çox turist gəlib. Onu da qeyd edək ki, Qəbələdə aparılan genişmiqyaslı abadlıq-quruculuq tikinti işləri turizmin inkişafına, onun infrastrukturunun formalaşmasına əhəmiyyətli təsir edir. Tufandağdağ-xizək yay-qış istirahət kompleksinə daxil olan Xizəkçilik mərkəzi Tufandağhotelində, eləcə digər obyektlərdə tikinti işləri başa çatdırılıb. Hazırda Qəbələ Futbol Akademiyası stadionlar kompleksində, Dəmiraparan çayı üzərində 10 aşırımlı dəmir-beton körpüdə, “Aquaparkistirahət, “Qolf Klubkomplekslərində, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasında, “Qrand sitihotelində, rayon məhkəməsinin, prokurorluğun inzibati binalarında, Savalan kəndindəRaftinq Mərkəzi”ndə, “Lazasərhəd zastavasında, Nohur gölü ərazisində hotellər kompleksində tikinti işləri davam edir. Bunlardan əlavə, Gömrük Akademiyasının, “ASAN xidmət”in Qəbələ rayon filialının, atçılıq mərkəzinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının, Qəbələ şəhərində 100 yerlik uşaq bağçasının, Qəmərvançay üzərində dəmir-beton körpünün tikintisində işlər öz axarınca gedir. Göründüyü kimi, Qəbələnin tikinti coğrafiyası çox genişdir. tikintisi nəzərdə tutulan obyektlər çoxdur. Bu il Qəbələ peşə məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxana kompleksinin, Yengicə su anbarının, Qəbələ şəhərində 120 yerlik uşaq bağçası binasının Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisinə başlanılmalıdır.

Son illər rayonun aqrar sahə ilə bağlı göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib. Bu baxımdan dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına hərtərəfli qayğısı mühüm əhəmiyyət kəsb edir. PrezidentinKənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqındasərəncamına uyğun olaraq, 2014-cü ilin sonunda rayonun torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 498551 manat yardım hesablanıb həmin vəsait bu ilin birinci rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb. Bundan əlavə, rayon komissiyası tərəfindən bu ilin iyun ayında 1729 nəfər torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsinə görə 1.103.442 manat yardım hesablanaraq respublika komissiyasına göndərilib.

Rayonda 2015-ci ilin məhsulu üçün 21300 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdi. Onun da 14015 hektarı buğda, 7285 hektarı arpa idi. Taxıl sahələrindən 64645 ton məhsul biçilib. Məhsuldarlıq orta hesabla 30,3 sentner təşkil edib. Həmçinin fermerlər tərəfindən bu ilin məhsulu üçün 1159 hektarda kartof, 2097 hektarda tərəvəz əkilib. Ötən müddət ərzində sahələrdən 148 ton kartof, 199 ton tərəvəz toplanıb. Məhsul yığımı davam edir. İlin 6 ayı ərzində Dövlət Meşə Fondu torpaqlarında 30,5 hektar meşə əkini aparılıb. 12,7 hektar sahədə tinglərə xidmət göstərilib. 600 hektar meşə ərazisində xəstəliklərə qarşı patoloji müayinə işləri görülüb.

Hazırda Qəbələdə 2 böyük 4 kiçik aqroservis müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdəki texnikalardan əlavə, rayon üzrə 410 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları var. Bütövlükdə rayon üzrə 80 taxılyığan kombayn, 53 tırtıllı 444 təkərli traktor, 29 buldozer, 38 ekskavator digər kənd təsərrüfatı texnikası mövcuddur. Ümumiyyətlə, rayonun kənd təsərrüfatı texnikası parkı daim təzələnir. Bunun nəticəsidir ki, məhsul toplanışında texnika çatışmazlığı hiss olunmayıb.

Rayonda 2 müasir heyvandarlıq kompleksi fəaliyyətə başladıqdan sonra əhalinin ətə südə olan tələbatının ödənilməsində əhəmiyyətli dəyişikliklər baş verib. Onu da qeyd edək ki, ilin əvvəlindən ölkə paytaxtında keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayon fermerləri 57 tona yaxın meyvə 2 ton müxtəlif tərəvəz məhsulu satıblar.

İlin yarısı Qəbələ üçün uğurlu olsa da, qarşıda görüləsi işlər çoxdur. Yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif ocaqlarının, körpülərin tikintisi, subartezian quyularının qazılması dağ çaylarında sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulan tədbirlər sırasındadır. Bu məsələlər sakinlərin rayon icra hakimiyyəti rəhbərliyinə müraciətlərində öz əksini tapıb. Təkliflərə, qaldırılan məsələlərə həssaslıqla yanaşılır, müvafiq tədbirlər planlaşdırılır, eləcə əlaqədar qurumlara müraciətlər edilir. Ən əsası odur ki, rayonda işgüzarlıq, qurub-yaratmaq əzmi yüksək səviyyədədir. Bu əzmkarlıq isə rayonun inkişaf tempini şərtləndirən amillərdəndir.

 

Telman NƏZƏRLİ,

 

Azərbaycan.- 2015.- 13 avqust.- S. 3.