Azərbaycan orkestrinin Almaniyada möhtəşəm çıxışı

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının simfonik orkestri avqustun 4-dən 11-dək Almaniyada qastrol səfərində olub XIX Qut-İmmlinq opera festivalında böyük uğurla çıxış edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bavariyanın səfalı kurort şəhəri İmmlinqidə keçirilən beynəlxalq opera sənəti musiqi festivalında orkestrimizin çıxışı hamını heyran edib.

Simfonik orkestrimiz festivalın yekun qala-konsertində iştirak etmək üçün dəvət olunmuşdu. Avqustun 9-da baş tutan qala-konsertin açılışı zamanı onun rəhbəri əsas təşkilatçısı Lüdviq Bauman çox vacib bir məqamı qeyd edib. Bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə , Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alır. Diqqətə çatdırıb ki, bu ilk növbədə orkestrin yüksək professionallığı ümumiyyətlə Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə təkcə keçmiş sovetlər məkanında deyil, həm dünyada mədəni, iqtisadi siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir.

"Həyat yoldaşım mən hər il Azərbaycanda oluruq biz bu ölkədə həyatın bütün sahələrində inkişafın, tərəqqinin canlı şahidiyik. Ölkənin gözəl təbiəti, qədim tarixi mədəni abidələrlə zənginliyi son illərdə, buraya güclü turist axını olduğunu qeyd etmək istəyirəm mən festivalın bütün qonaqlarını bizdən nümunə götürməyə, Azərbaycana getməyə, bütün deyilənləri öz gözləri ilə görməyə səsləyirəm...", - deyə L.Bauman qeyd edib.

Festival rəhbərinin bu sözləri gurultulu alqışlarla qarşılanıb. Elə orkestrin çıxışı da hər bir ifadan sonra alqışlar "bravo" sədaları ilə müşayiət olunub.

Festivalda gənc dirijorxalq artisti Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. O, orkestrin müşayiəti ilə atasının məşhur musiqi əsəri "Azərbaycan"ı Qaetano Donisettinin "Sevgi şərbəti" operasından parçanı ifa edib.

Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı, qala-konsertdə gənc istedadlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Azərbaycan klassik musiqisinin ən parlaq nümunələriniQara Qarayevin "Yeddi gözəl" baletindən valsı, Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" hissəsini, Niyazinin "Qaytağı"sı Qara Qarayevin "Pavana"sını təqdim edib.

Konsertdən sonra festivalın təşkilat komitəsi fəxri qonaqlar simfonik orkestrimizin çıxışına yüksək qiymət verərək, təşəkkürlərini bildiriblər, Bakı bütünlükdə ölkəmiz haqqında yüksək fikirlər, xoş sözlər söyləyiblər. Orkestr növbəti ildə artıq 9-cu dəfə keçiriləcək festivala dəvət alıb.

Bu uğur təkcə orkestrin teatrın uğuru olmayıb, həm Azərbaycanın bütün dünyada təbliğində mühüm əhəmiyyət daşıyır.

 

Azərbaycan.- 2015.- 13 avqust.- S. 6.