Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin
inkişaf perspektivləri
barədə fikir mübadiləsi aparılıb
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşüb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanda parlament seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişindən bəhs edilib.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da görüşdə iştirak edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 avqust.- S. 2.