Naftalanı qəlbən sevdim

 

Cari ilin yeddi ayı ərzində Naftalana 800 nəfər qonaq gəlib. Bu isə ötən ilin müvafiq dövründəkinə nisbətən üç dəfə çoxdur. Təbib qüdrətli, dünya şöhrətli müalicə-istirahət ocağına gələnlərin sayı getdikcə artır.

Naftalan elimizin əvəzsiz sərvətidir. Hələ neçə yüz il bundan əvvəl Naftalan neftinin möcüzəsi yaxın-uzaq ellərdə bəlli idi. Bilirdilər ki, o, yetmişdən çox xəstəliyin dərmanıdır. Buna görə Naftalan nefti, ondan hazırlanan dərman preparatları müxtəlif ölkələrə satılırdı.

Naftalan kurortu müalicə mərkəzi kimi 1935-ci ildə fəaliyyətə başlayıb. Bu qiymətli sərvətdən kütləvi şəkildə istifadənin təşkili isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci il fevralın 19-da Heydər Əliyevin təşəbbüsü ilə Naftalan kurort şəhərini inkişaf etdirmək tədbirləri haqqında geniş qərar qəbul olundu. Məhz həmin qərarın nəticəsində burada bir sıra müalicə obyektləri tikildi. Gələnlərin sayı xeyli artdı, Naftalan əsl kurort şəhəri kimi şöhrət qazanmağa başladı.

Çox təəssüf ki, ötən əsrin 90-cı illərinin burulğanında ölkə şöhrətli kurortun fəaliyyəti, demək olar ki, tamamilə dayandı. Sonrakı illərdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin qərarı sayəsində Naftalan yenidən dirçəlməyə başladı.Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq müalicə xidmətinin, istirahət-əyləncə müəssisələrinin yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görüldü.

Naftalanda qısa müddət ərzində bir neçə sağlamlıq kompleksi ucaldıldı. Çinar”, “Naftalan”, “QarabağQaşaltıkimi müasir görkəmli istirahət-müalicə mərkəzləri istifadəyə verildi.

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Naftalan şəhərində genişmiqyaslı abadlıq yenidənqurma işləri görüldü. Hündürmərtəbəli yaşayış binaları 1500 yerlik şəhər stadionu əsaslı təmir olundu, parklar salındı, avtomobil yolları çəkildi, genişmiqyaslı səliqə-sahman işləri aparıldı. Bu yerlərdə sosial problemlərin həllinə xüsusi diqqət yetirilir. Üç min kubmetr tutumu olan iki su anbarı inşa olundu. Şəhər daxilində istismar müddəti keçən sınıq-salxaq su xətləri yeniləri ilə əvəz edildi. Küçələrin abadlaşdırılması, yolların sahmana salınması, yaşıllıq zonalarının yaradılması sahəsində xeyli işlər görüldü. Prezident İlham Əliyevin sərəncamına əsasən 6 kilometr uzunluğunda Naftalan-Qaşaltı-Qaraqoyunlu avtomobil yolu əsaslı təmir olundu. 280 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verildi, avtovağzal kompleksi tikildi. Polis şöbəsi Naftalan bələdiyyəsi, habelə 80 yerlik mərkəzi şəhər xəstəxanası üçün binalar inşa olunur.

Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındaPrezident İlham Əliyevin 20 oktyabr 2014-cü il tarixli sərəncamı dövlət başçısının insanların cansağlığından, tükənməz qayğı diqqətindən, bu yerlərin daha xoş sabahından xəbər verir.

Bu cür tükənməz qayğı sayəsində Naftalan şəhəri sistemli surətdə inkişaf edərək gözəlləşir, tanınmaz olur. Sanatoriya-kurort birliyinin baş həkimi Hətəm Qocayev deyir ki, Naftalan bir gündə 2 min nəfərə yaxın turist qəbul etmək gücünə malikdir. Ölkəmizin hər yerindən adamlar böyük həvəslə gəlir razılıqla qayıdırlar. Xarakterik cəhət budur ki, xarici qonaqların da sayı getdikcə artır. Müxtəlif ölkələrlə münasibət yaradılır, ünsiyyət çoxalır, beynəlxalq əlaqələr genişlənir. Naftalan kurortu Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yessentuki, Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq edir.

Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov dedi ki, Naftalan kurort zonasının daha da inkişaf etdirilməsi üçün xüsusi plan hazırlanır. Həmin plana əsasən burada ailəvi istirahət mərkəzləri, uşaqların valideynsiz istirahət etməsi üçün xüsusi şərait yaradılacaq. Yeni kottec mehmanxanaların tikilməsi, 1,7 kilometr uzunluğunda kanat yolunun çəkilməsi, dünya standartlarına cavab verən qolf meydançasının, tennis kortunun, cıdır meydançasının yaradılması da nəzərdə tutulub. Gözlənilən digər bir yenilik Naftalanda beynəlxalq hava limanının tikintisidir. Bundan başqa nəzərdə tutulub ki, Naftalan neftinin emalı, müalicəvi neftdən dərmanların hazırlanması üçün farmaseptik zavod inşa edilsin. Söz yox ki, bütün bunlar Naftalanın şöhrətini, bu kurort şəhərinə turistlərin marağını daha da artıracaqdır.

Bəs görəsən qonaqların fikirləri necədir? Qaşaltısanatoriyasında olarkən kiyevli Viktor Dovcodka ilə görüşdüm.

- Ailəliklə gəlmişəm - dedi. - İkinci ildir ki, burada müalicə olunuram. Kurortun şəraiti gözəl, insanları qayğıkeşdirlər. Ümumən ölkənizdə gedən tərəqqi, abadlıq işləri hamımızı valeh edir. Azərbaycan hər sahədə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin çıxışlarını maraqla dinləyirəm. Əsl rəhbərdir. Həyatın hər sahəsini diqqətdə saxlayır. Ona görə dünya miqyasında şöhrəti, hörməti ilbəil artır.

Yelena Klimova isə Tatarıstandan gəlib. Müalicənin təşkilindən, yaradılan şəraitdən razılıq edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi müdrik, qayğıkeş rəhbəri var. Şəhərlərə, kəndlərə, qəsəbələrə baxıram. Hər yerdə, hər sahədə sürətli inkişaf gedir. Naftalanın isə tayı-bərabəri yoxdur”.

Söhbət etdiyim digər qonaqlar da elə bu cür xoş sözlər söylədilər. Aleksey Fralov (Moskva) dedi ki, Naftalanı qəlbən sevdim. Gələn il mütləq bu yerlərə gələcəyəm.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 14 avqust.- S.4.