Qarabağ həqiqətlərinə aid yeni nəşr

 

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın MirzəzadəninAzərbaycannəşriyyatındaErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, mövcud durum həlli yollarıadlı yeni kitabı çapdan çıxmışdır. Tarixçilər geniş oxucu kütləsi üçün nəzərdə tutulan 206 səhifəlik kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə müxtəlif baxış bucaqlarından yanaşan müəllif münaqişənin tarixi aspektlərini, Azərbaycan ərazilərinin işğalının həm ölkəmiz, həm bütünlükdə Cənubi Qafqaz regionu üçün doğurduğu sosial iqtisadi fəsadların nəticələrini araşdırmış, problemin həlli perspektivlərinə toxunmuşdur.

Hələ XVI əsrdən Cənubi Qafqazda möhkəmlənmək, nüfuz dairəsini genişləndirmək uğrunda üç imperiya - Rusiya, Türkiyə İngiltərə mübarizəyə başlamışdır. Cənubi Qafqaz, ümumiyyətlə götürdükdə isə bütün Qafqaz Şərqlə Qərb arasında gedən çəkişmələrin episentrinə çevrilmişdir. Bir neçə əsr davam edən bu çarpışmalarda Rusiya daha fəal çıxış edərək mövqeyini gücləndirmişdir.

I Pyotr 1724-cü il 10 noyabr tarixli fərmanında göstərirdi ki, “Rusiyanın dünya ağalığı üçün paytaxtın İstanbulda olması gərəkdir”. Həmin fərmanda o, tövsiyə edirdi ki, Cənub qonşuları arasında nifaq toxumu səpilsin, şiə-sünni ixtilaflarına rəvac verilsin, ələ keçirilmiş torpaqları saxlamaq üçün oralarasözəbaxan, xəyanətkar, riyakar, dələduz, tamahkar ermənilərköçürülsün. A.Mirzəzadənin adıçəkilən monoqrafiyasında ermənilərin ən yaxşı Azərbaycan torpaqlarına köçürülməsi azərbaycanlıların sıxışdırılması siyasəti, onların kompakt yaşaması üçün vilayət yaradılması təfsilatı ilə izah olunur. Göstərilir ki, artıq XIX əsrin sonunda həm Bakıda ermənilərin sayı xeyli artmış, həm 167 neft şirkətindən 55-i ermənilər tərəfindən idarə olunmuşdur.

Kitabda həmçinin XX əsrin əvvəllərində ermənilərin Azərbaycan ərazilərində törətdikləri soyqırımları ilə bağlı ətraflı məlumat verilir, sovet hakimiyyəti illərində milli siyasət Dağlıq Qarabağ məsələsi diqqətlə bir tarixçi peşəkarlığı ilə nəzərdən keçirilir. Müəllif qeyd edir ki, ermənilər sovet hakimiyyətinin ilk illərindən 1930-cu ilə kimi Dağlıq Qarabağı ələ keçirməyə aramsız inadla səy göstərsələr , buna nail ola bilməmişlər. Hətta onlar 40-cı illərdə Stalinin sağ əli Mikoyanın qəyyumluğu iləQarabağ komitəsi”, “Qarabağ hərəkatıkimi gizli təşkilatlar yaratmışlar. Ermənilər İkinci Dünya müharibəsi illərində belə, Azərbaycan torpaqlarını ələ keçirmək ümumiyyətlə, azərbaycanlıları öz torpaqlarından sürgün etmək üçün bütün qüvvələrini səfərbərliyə alaraq ciddi fəaliyyət göstərmişlər.

Böyük Vətən müharibəsi bitdikdən sonra isə xaricdə yaşayan ermənilərin Ermənistana qayıtmasına, orada yaşayan soydaşlarımızın Azərbaycana deportasiyasına nail olmuşlar. Ötən əsrin ikinci yarısından başlayaraq erməni millətçiləri SSRİ- dünyada antiazərbaycançı kampaniyanı daha da gücləndirmiş beləliklə, erməni millətçiliyi şovinizminə rəvac verilmişdir. Daşnaksütyun partiyasıBöyük Ermənistanyaradılması uğrunda ideoloji mübarizəyə başlamış, bütün yalan uydurmalarını əzabkeş xalqın həqiqətləri kimi təbliğ etmiş, erməni diasporunu fəal mübarizəyə qoşmuşdur. 1960-cı ildən isə Yerevanda ermənilərinQarabağ komitəsiaçıq fəaliyyətə başlamış Dağlıq Qarabağın Ermənistana birləşməsi istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar, eləcə 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə ermənilərin ərazi ambisiyalarına birdəfəlik son qoyulması kitabda real faktlarla xüsusi vurğulanır.

DQMV-nin Ermənistana birləşdirilməsi məsələsinin aktuallaşması, separatçılığın güclənməsi, yenidənqurma illərində Azərbaycana qarşı təzyiqlərin artması, ulu öndər Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindən uzaqlaşdırılması erməni millətçilərinin fəallaşmasına səbəb olur. Müəllif 1988-1990-cı illərin bu dramatik gərginliyini tarixi faktlara istinadən publisist soyuqqanlılığı ilə araşdıraraq yazıçı təxəyyülünün süzgəcindən keçirir.

Monoqrafiyada Dağlıq Qarabağ ətraf rayonların işğalının Azərbaycana vurduğu iqtisadi ziyan onun sosial sahədə yaratdığı fəsadlara da ciddi diqqət yetirilir. Müəllif belə bir ədalətli qənaətə gəlir ki, mərkəzi hakimiyyətin Azərbaycanın mövqeyini nəzərə almaması, xalqın maraqları ilə təzad təşkil edən mübahisəli qərarlar qəbul etməsi, əvəzində isə ermənilərin ən kiçik istəklərini dəstəkləməsi bütün Cənubi Qafqazı qan çanağına çevirdi dalana dirənən münaqişələrə rəvac verdi.

Aydın Mirzəzadə yazır: “1990 il iyulun 31-də Ermənistan SSR Ali Soveti M.Qorbaçovun SSRI qanunvericiliyində nəzərdə tutulmamış silahlı dəstələrin yaradılmasını qadağan etmək silahları qanunsuz saxladığı halda onu geri almaq haqqında 1990-cı il 25 iyul tarixli fərmanının Ermənistan DQMV- qüvvədə olmadığını elan etdi. Bu sənəd bölgədə erməni terrorunun yeni dalğasına səbəb oldu altı ay ərzində terror aktlarının sayı kəskin surətdə artdı. Azərbaycan hökumətinin hadisələrin axarı qarşısında aciz mərkəzin lal, erməni terroruna qanad verən dəstəyi terror aktlarının soyqırımları ilə müşahidə olunan irimiqyaslı müharibəyə keçməsinə səbəb oldu. ...erməni silahlı qüvvələri Xankəndi şəhərindəki 366-cı alayın erməni zabitlərinin bilavasitə rəhbərliyi ilə Xocalı şəhərinə hücum etdilər. Hücum gedişində azərbaycanlılara qarşı böyük soyqırımı həyata keçirildi”. Beləliklə, elan olunmamış müharibədə Azərbaycan torpaqlarının 20 faizi işğal edildi, iqtisadiyyatımıza ağır zərbələr vuruldu. Həmçinin işğal altındakı ərazilərimizdə talanlar törədildi, milli-mədəni sərvətlərimiz məhv olundu.

Müəllif 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişini xilaskar missiyası kimi xüsusi qeyd edir, tətbiq olunan yeniliklərin, islahatların, Konstitusiya dəyişikliklərinin müsbət mahiyyətini açıqlayır. Kitabda habelə işğal faktorunun neqativ təzahürləri araşdırılır, vurulan zərərin miqyası ölçüləri dəqiqləşdirilir, eyni zamanda, iqtisadi islahatlar, qəbul edilən dövlət proqramları qanunlar haqqında ətraflı məlumat verilir. A.Mirzəzadə eyni zamanda qaçqınlar məcburi köçkünlər üçün dövlətin öz vəsaiti hesabına saldığı qəsəbələr kəndlər haqqında ətraflı geniş məlumat verir.

Monoqrafiyanın sonuncu fəsli maraqlı məsələyə həsr olunur. Bu fəsildə Cənubi Qafqazda həyata keçirilən enerji-kommunikasiya layihələrinin reallaşdırılması, Azərbaycanın bölgənin liderinə çevrilməsi təcavüzkar siyasətinin qurbanına çevrilən Ermənistanın bu layihələrdən kənarda qalmasının səbəbləri araşdırılır: “Beləliklə, yekun olaraq deyə bilərik ki, Azərbaycanın güclü infrastruktura sahib olması hər hansı destruktiv elementləri, o cümlədən Ermənistanın hazırkı rəhbərliyinin separatçı-terrorçu siyasəti ilə müqayisədə daha önəmli faktordur”.

Sonda müəllif belə bir ədalətli qənaətə gəlir: “Dağlıq Qarabağ probleminin həllinin uzanması hər iki dövlətlə yanaşı, regionun dünyanın vəziyyətinə ciddi təsir edir. Onun həm dərinləşməsi, həm dondurulması heç kəsin xeyrinə deyildir. Problemi birtərəfli, beynəlxalq hüquq normalarına zidd həll etmək cəhdlərinin isə nəticəsi uğursuzdur”.

Raqif MƏMMƏDOV,

 

Azərbaycan.- 2015.- 14 avqust.- S. 5.