Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
275 Bakı şəhəri,
13 avqust 2015-ci il
“Avtomobil yollarının layihələşdirilməsi, tikintisi,
yenidən qurulması,
təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin,
yoxlamanın və sınağın keçirilməsi
Qaydalarının təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 522 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 130, № 5, maddə 432) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın 5.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“5.3. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun layihələndirilir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 16 avqust.- S. 1.