Qusarda turizm brendi formalaşıb

 

İlin bütün fəsillərində ölkəmizin şimal bölgəsində turistlərlə rastlaşmaq mümkündür. Daha çox rusiyalı turistlərin özlərinə istirahət yeri seçdikləri Qusar rayonu təkcə təbii gözəllikləri ilə yox, həm qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə məşhurdur. Sıx meşələrlə örtülü dağların qoynunda yerləşən, şəlaləli çayları, soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkanlar sırasındadır.

Əzəmətli Şahdağın ətəklərində qərar tutan bu rayon, təkcə Azərbaycanın deyil, eləcə bütün Qafqazın ən gözəl guşələrindən biridir. İsti aylarda gözəlliyi ilə göz oxşayan meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ dərələri buraya gələnləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Dövlət tərəfindən rayonda turizmin potensialının gücləndirilməsinə böyük diqqət göstərilir. Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilənŞahdağQış-Yay Turizm Kompleksi Şimal bölgəsinə böyük diqqətin konkret təzahürüdür. Onu da bildirək ki, bu kompleks respublikamızda ən çox sərmayə qoyulan turizm sahəsidir.

ŞahdağQış-Yay Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi unikallığı ilə fərqlənir. Ölkəmizdə qeyri-neft sektoruna böyük töhfə olmaqla Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur.

Rayon mərkəzindən 25 kilometr şimalda yaradılan müasir dünya standartlarına uyğun bu kompleks 2000 hektardan artıq bir sahəni əhatə edir. ŞahdağQış-Yay Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevrilməkdədir. Bir neçə korpusunun tikintisi başa çatan mərkəzə müraciət edənlərin sayı ildən-ilə çoxalmaqdadır.

HazırdaŞahdağQış-Yay Turizm Kompleksinə daxil olanŞahdağPik Palas”, “Zirvəhotelləri tam şəkildə fəaliyyət göstərir. Burada turistlərin qəbulu üçün zəruri infrastruktur yaradılıb. Ümumiyyətlə, bu gün mövcud potensialdan daha səmərəli istifadə etməklə rayonda ilk növbədə turizmin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir bu işdə yerli sahibkarlara lazımi dəstək verilir.

Rayonda onlarla turizm obyekti fəaliyyət göstərir. Suvar”, “Star Qusar”, “Ümid”, Qaybulaq digərləri təkcə respublika vətəndaşlarının deyil, hətta xarici qonaqların belə həvəslə istirahət etdikləri məkandır. Onu da bildirək ki, turist təkcə pul kisəsi zəngin olan insan deyil. O həm gördüyü, tarixi ilə maraqlandığı addım-addım gəzdiyi ərazilərin insanları barədə öz ölkəsinə ən tutarlı məlumatları daşıyır.

Fəaliyyətdə olan istirahət mərkəzlərinin çoxunda mövsüm başlayandan hər həftənin şənbə bazar günləri xüsusi konsert proqramları təşkil edilir. Öncə dövlət rəmzləri, tariximiz barədə məlumat səsləndirilir. Tədbirlərdə tanınmış yazıçıların əsərlərindən səhnələr göstərilir şairlərin şerlərindən parçalar oxunur. Onu da bildirək ki, həmin mərasimlərdə xarici ölkələrin musiqilərindən istifadə edilir. Şotland, yaxud Çexiyadan gəlmiş turistin Azərbaycan musiqisinin sədaları altında rəqsini müşahidə etmək sözün həqiqi mənasında çox maraqlıdır.

Rayonun görməli yerlərinə edilən ekskursiyalar turist marağına səbəb olur. Kəndlər, tarixi qalalar, adət-ənənələr barədə onlara geniş məlumat verilir. Ayağı həmişə mərmər xalça üzərində dolaşanların torpağa da ehtiyacı olur. Bəzən onlar otaqdan daha çox çadırlarda qalmağa üstünlük verirlər.          

İsti yay günlərində turistlərin ən çox istifadə etdikləri nəqliyyat vasitələrindən biri velosipeddir. Yol qırağında çadır qurub istirahət edən turistlərlə rastlaşmaq adi hala çevrilib. Yaşıl meşələr, sıx ormanlar buraya gələnləri valeh edir.

Qusarın coğrafi mövqeyi, təbii şəraiti hamının diqqətini cəlb edir. Burada turizmin daha geniş miqyas alması üçün hər şərait var. Əsas vəzifə isə bu səfalı guşələrdə istirahətin xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdır.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2015.- 16 avqust.- S. 5.