E.S.Məmmədova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2015-ci il
Azərbaycan.- 2015.- 18 avqust.- S. 1.