Aqrar sektorun inkişafı üçün geniş zəmin yaranıb

 

Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin edən əsas amillərdən biri onun çoxşaxəli olması əsas iqtisadi sahələrinin paralel şəkildə inkişaf etdirilməsidir. Buna görə ölkə iqtisadiyyatı təkcə enerji sektoru ilə deyil, qeyri-neft sektoruna aid olan digər sahələr üzrə dinamik inkişaf edir. Hazırda Azərbaycan əksər kənd təsərrüfatı məhsulları, o cümlədən taxıla olan tələbatı əsasən yerli istehsal hesabına ödəyir. Bu da ərzaq təhlükəsizliyi baxımından olduqca mühüm məsələdir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, hökumət ölkə əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları reallaşdırır...

“Bu gün artıq Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax, budur yeni yanaşma bizim siyasətimiz”. Bu fikri Prezident İlham Əliyev bu günlərdə Cəlilabad rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bildirib. Dövlət başçısı bu il AzərbaycandaKənd təsərrüfatı ilielan edildiyini xatırladaraq, bol məhsul götürüldüyündən məmnun qaldığını vurğulayıb: “Bu il kənd təsərrüfatı 7 faizdən çox artıb. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinqxətti ilə texnika təmin edilir. Yəni dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.

Dövlət başçısı həmin görüşdə Azərbaycanın öz ərzaq təhlükəsizliyini yüz faiz səviyyəsində təmin edə biləcəyinə tam əmin olduğunu bildirib. Göründüyü kimi, kənd təsərrüfatı sahəsində əldə olunan bugünkü nailiyyətlər əslində heç asanlıqla meydana gəlməyib. Təbiidir ki, bu, zaman-zaman aparılan genişmiqyaslı islahatların nəticəsidir. Hələ müstəqilliyimizin ilk illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanan aqrar islahatlar kənd təsərrüfatında tərəqqi, irəliləyiş əldə olunmasına gətirib çıxardı. Aqrar islahatlar bu gün uğurla davam etdirilir nəticədə kənd təsərrüfatı ardıcıl inkişaf tempini saxlayır. Bu prosesi daha da sürətləndirmək məqsədilə dövlət tərəfindən daim mütərəqqi qanunlar qəbul olunur, aqrar sahəyə dotasiyalar ayrılır xüsusi güzəştlər tətbiq olunur. Dövlət siyasətinin əsas istiqaməti həm ona yönəlib ki, daxili ərzaq bazarının idxaldan asılılığı maksimum azaldılsın ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin.

Aqrar sahənin inkişaf etdirilməsi qeyri-neft sektorunun güclənməsi, eləcə , işsizliyin yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri olaraq nəzərdə tutulur. Bununla belə, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var.

Bu ehtiyacı nəzərə alan Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların istehlakçıların maraqlarının qorunması ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə 16 yanvar 2014-cü il tarixdəKənd təsərrüfatı ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqındasərəncam imzalayıb. Sərəncama əsasən, yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili tapşırılıb. Eyni zamanda, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi vacib məsələlərdəndir. Bu baxımdan, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə rayon mərkəzlərində yarmarkaların təşkilini təmin etməkdə Kənd Təsərrüfatı Nazirliyi qaşısında konkret öhdəliklər qoyulur.

Ölkəmizdə ərzağa olan daxili tələbatın öz potensialımız imkanlarımız hesabına ödənilməsi üçün regionlarda infrastrukturun yaradılması kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılıb bu proses yenə davam edir. Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verə bilər gözləniləndir.

Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad ediliblər. Fermer sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “AqrolizinqAçıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Bir sözlə, aqrar sektorun intensiv metodlar üzərində qurulması, fermer təsərrüfatlarının bütünlükdə sahibkarlığın inkişafı, bölgələrdə müasir texnologiyalara əsaslanan emal sənayesinin qurulması sayəsində kənd təsərrüfatı ərzaq məhsullarının idxalı azalmış, özünütəminetmə səviyyəsi sürətlə yüksəlmişdir. Statistikaya nəzər saldıqda aydın olur ki, 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi nəticəsində son 3 ildə ət ət məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalmışdır. 20 rayonda 33 intensiv bağçılıq üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin ayrılması isə daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanlarını da artırmışdır.

Qəbul olunmuş yeni qaydalara görə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına il ərzində ikinci əkinə görə əvvəlki qədər subsidiya veriləcək. Bu yenilik həm bitkiçiliyə, həm heyvandarlığın inkişafına müsbət təsirini göstərəcək. Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi mexanizminin ana xəttini hər hektara görə müəyyən edilən vəsait təşkil edir. Lakin müxtəlif faktorlardan asılı olaraq ana subsidiya ilə yanaşı subsidiyaya artımlar ya azalmalar tətbiq oluna bilər. Avropa təcrübəsində hər hektara verilən ana subsidiya ilə yanaşı həmin ildə qarşıda duran vəzifələrdən asılı olaraq əlavə subsidiyalar tətbiq olunur. Təsərrüfatın yerləşdiyi ərazidən şəraitdən asılı olaraq subsidiyaların həcmi dəyişə, ixtisaslaşma səviyyəsinə görə həmçinin regionlar üzrə əmsallar fərqlənə bilər. Azərbaycanda da ana subsidiyanın üzərində durmaqla müxtəlif sahələrə əlavə subsidiyaların verilməsi mexanizmi tətbiq olunur.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sektorunda da regionun, eləcə Avropanın lider dövlətinə çevriləcək.

 

Azərbaycan.- 2015.- 18 avqust.- S. 1.