Prezident İlham ƏLİYEV: “Yeni yerlərinin açılması daimi proses olmalıdır

 

Açılan yeni yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirir

 

Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev demişdir: “Biz ölkə iqtisadiyyatının uzunmüddətli dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir”. Belə istiqamətlərdən əsası sözsüz ki, yeni yerlərinin açılmasıdır.

Ümumiyyətlə, iqtisadi inkişafında sosialyönümlü prinsipi əsas götürən dövlətin qarşısında duran mühüm vəzifələrdən biri bu yöndə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə əsaslanan, eyni zamanda ölkə cəmiyyətdəki mövcud reallıqları nəzərə alan siyasətin həyata keçirilməsidir. Bazar iqtisadiyyatı şəraitində səmərəli sosial siyasətin həyata keçirilməsi isə sosial ədalət əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə cəmləşdirməlidir. Onu da qeyd edək ki, sosial siyasət eyni zamanda çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malikdir. Çünki burada həm konkret fərdə, həm bütöv bir cəmiyyətə yanaşmada sosial təzadların yaranmasının qarşısının alınması, gözlənilən ziddiyyətlərin problemsiz həlli ədalətin qorunması vacib şərtlər sayılır.

Prezident İlham Əliyev digər sahələrlə yanaşı, sosial sferada da həyata keçirilən siyasətdə bu prinsipi əsas götürür. Təsadüfi deyil ki, cənab İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlər məhz ölkənin iqtisadi inkişafı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Artıq 12 ilə yaxındır davam edən bu siyasət sayəsində bu gün ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya müavinətləri dəfələrlə artıb. Yeri gəlmişkən onu da bildirək ki, Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə daha çox diqqət yetirilir həmin səbəbləri aradan qaldırmaq üçün konkret tədbirlər görülür, sənədlər imzalanır. İqtisadiyyatın sahəvi coğrafi şaxələndirilməsi, onların konkret dövlət proqramlarının icrası ilə təminatı da Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin vacib məqamlarındandır.

Dövlət başçısının sosial sahədə həyata keçirdiyi siyasətin mühüm rıçaqlarından biri yeni yerlərinin açılmasıdır. Cənab İlham Əliyev hələ 2003-cü ildə prezidentliyə namizəd kimi çıxışlarında bəyan etmişdir ki, gələcəkdə sosial-iqtisadi fəaliyyətinin əsas hədəfi ölkədə işsizliyin kökünü birdəfəlik kəsmək olacaq. Qarşıdakı 5 ildə 600 min yeni yeri açmağa söz verən cənab İlham Əliyev bu məqsədinə vaxtından tez çatdı. Artıq 2003-2009-cu illərdə ölkədə 840 mindən çox yeni yeri açıldı yoxsulluğun səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına görə isə yoxsulluğun səviyyəsi 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə eyni göstərici demək idi. Bu gün isə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən azdır işləmək istəyənlər üçün işsizlik problemi demək olar yoxdur.

Üçüncü regional inkişaf Dövlət Proqramının icrasının birinci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında yeni yerlərinin açılmasına toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, bu proses dayanmamalıdır: “Çünki əhalinin sayının artması tələb edir ki, yerlərinin açılması daimi proses olsun”. Bu gün Azərbaycanda, həqiqətən , yeni yerinin yaradılması dinamik xarakter alıb. Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyul ayları üzrə açıqladığı hesabatda da bunu aydın görmək mümkündür. Hesabata əsasən, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramını əhatə edən 2014-cü ildən 2015-ci il iyul ayının 1-dək Azərbaycanda 153 mindən çoxu daimi olmaqla 188 minə yaxın yeri açılıb. Cari ilin 6 ayı ərzində isə ölkədə 60,6 min yeni, o cümlədən 48 min daimi yerləri yaradılıb. Bu dövr ərzində açılmış yerlərinin 75,1 faizi qeyri-dövlət sektorunun, 68,8 faizi regionların payına düşür. Sözügedən müddətdə yerlərinin 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,7 faizi Abşeron, 6,5 faizi Lənkəran, 5,1 faizi Şəki-Zaqatala, 4,4 faizi Dağlıq Şirvan, 4,3 faizi Quba-Xaçmaz, 3 faizi Naxçıvan, 3 faizi Yuxarı Qarabağ, 0,7 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında açılıb.

Hesabatda o da göstərilir ki, daimi yerlərinin 13,7 faizi yeni fəaliyyətə başlayan, 0,7 faizi fəaliyyətlərini bərpa etmiş müəssisə təşkilatlarda, 74,3 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb. Daimi yerlərinin 5,6 faizi tikinti, 2,8 faizi emal sənayesi, 3,7 faizi ticarət nəqliyyat vasitələrinin təmiri, 0,4 faizi nəqliyyat anbar təsərrüfatı, 1,8 faizi dövlət idarəetməsi müdafiə, sosial təminat, 0,8 faizi təhsil, 0,3 faizi informasiya rabitə, 0,5 faizi səhiyyə sosial xidmətlərin göstərilməsi, 1,3 faizi peşə, elmi texniki fəaliyyət, 0,8 faizi maliyyə sığorta, 1 faizi aqrar sektor, meşə təsərrüfatı, balıqçılıq, eləcə digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə təşkilatlarda açılıb.

Bu sayda yerlərinin açılması, təbii ki, ölkədə işsizlik probleminin həllində mühüm rol oynayır. Təsadüfi deyil ki, cari il avqustun 1-nə olan ilkin məlumata görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,8 milyon nəfərdən çoxdur onların 4,6 milyondan çoxu əmək fəaliyyəti ilə məşğuldur. 6 ayın nəticələrinə görə, Azərbaycanda muzdla işləyənlərin sayı 1,5 milyon, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 874,4 min, qeyri-dövlət sektorunda 631,5 min nəfərdir. Bu gün ölkənin neft sektorunda 35,2 min, qeyri-neft bölməsində isə 1,4 milyon nəfərdən çox adam çalışır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1,4 milyon nəfərdən çoxdur. Muzdla işləyənlərdən söz düşmüşkən, onu da qeyd edək ki, onların 22,1 faizi məhsul istehsalı, 6,8 faizi tikinti, 6,6 faizi emal, 3 faizi aqrar sektor, meşə təsərrüfatı balıqçılıq, 2,3 faizi mədənçıxarma, 1,7 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı, bir o qədəri su təchizatı, tullantıların təmizlənməsi emalı sahələrində çalışırlar. Rəsmi statistikaya görə, hazırda ölkə üzrə işsiz statusu almış vətəndaşların sayı 29 min nəfərdir. Onlara hər ay 244,2 manat müavinət verilir.

Söz ki ödənişdən düşdü, bir neçə rəqəm işləyən əhalinin gəlirləri barədə: Dövlət Statistika Komitəsinin cari ilin 7 ayını əks etdirən hesabatına əsasən, əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2484 manatdan çox olub ki, bu da ayda orta hesabla təxminən 355 manat deməkdir. Yanvar-iyun aylarında iqtisadi sahələrdə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı keçən ilin eyni dövrünə nisbətən 4 faiz çoxalaraq 457,2 manat olub. Son məlumata görə, neft sektorunda orta aylıq maaş 2073, qeyri-neft sektorunda 417,6, dövlət bölməsində 354, özəl sektorda 601,5 manatdır. Göründüyü kimi, bir-biri ilə sıx bağlı olan iki sahənin - ölkənin iqtisadi inkişafının təminatı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsiz qalmır.

 

Raqif MƏMMƏDOV,

 

Azərbaycan.- 2015.- 19 avqust.- S. 1.