Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 277                                    Bakı şəhəri, 13 avqust 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmişÜmumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmişÜmumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 15-ci hissəsinin ikinci cümləsi çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 21 avqust.- S. 1.