Azərbaycanın Qəbələ Koreya Respublikasının Qyonqcu şəhərləri qardaşlaşır

 

Koreya Respublikasının Qyonqcu Azərbaycanın Qəbələ şəhərləri arasındaDostluq münasibətlərinin qurulması haqqındaSaziş imzalanıb. Sənədi Qyonqcuda səfərdə olan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qyonqcu şəhərinin meri Çoi Yanq-şik imzalayıblar.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, mədəni digər sahələrdə yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib. Müxtəlif istiqamətlər üzrə ikitərəfli əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunun vurğulandığı görüşdə qeyd edilib ki, ölkələrimizin ayrı-ayrı bölgələri, şəhərləri arasında birbaşa əməkdaşlığın yaranması inkişafı bu baxımdan təqdirəlayiq haldır. Tərəflər qədim tarixi olan Qəbələ Qyonqcu şəhərləri arasında əlaqələrin yaranmasına əsas verəcək sazişin əhəmiyyətini vurğulayıblar.    

Sazişə əsasən, tərəflər mədəniyyət, elm, biznes, idman, gənclər sahələrində nümayəndə heyətlərinin mübadiləsi yolu ilə iki şəhər arasında dostluq münasibətlərinin qurulmasına razılaşıblar. Bu istiqamətdə qədim İpək Yolu üzərində yerləşən hər iki şəhər iqtisadiyyat, biznes turizm imkanlarından istifadə etməklə əlaqələrin genişlənməsinə töhfə verəcək, tarix, mədəniyyət arxeologiya sahələri daxil olmaqla elmi əməkdaşlığa başlayacaq, idman gənclər istiqamətində birgə tədbirlər təşkil edəcəklər.   

 

Şahin CƏFƏROV,

AZƏRTAC-ın xüsusi müxbiri

Qyonqcu

 

Azərbaycan.- 2015.- 21 avqust.- S. 5.