Azərbaycanın Xarici İşlər Nazirliyi: “Nezavisimaya Qazeta”da dərc olunan məqalədə siyasi, hüquqi, tarixi dini əsasda saxtakarlığa yol verilib

 

 Nezavisimaya Gazeta”da sifariş əsasında hazırlandığı aydın şəkildə görünənКолокольни и минареты Карабахаsərlövhəli məqalədə siyasi, hüquqi, tarixi dini əsasda saxtakarlığa yol verilib.

Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev RusiyanınNezavisimaya Gazetanəşrində Anton Yevstratovun məqaləsinə münasibət bildirərkən deyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib ki, Hikmət Hacıyev açıqlamasında bildirib: “Müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi dini əsasda saxtakarlığa yol verilib. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim vardır ki, bu da yalnız işğal təcavüzün nəticəsidir. İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl - 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət monoetnik tərkibdir”.

H.Hacıyev deyib: “Ermənilər Cənubi Qafqaz regionuna yad gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda indiki Ermənistan ərazisindəkitarixirolundan danışmaq cəfəngiyatdır. Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır. Gəncəsar monastırı sırfermənimonastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündəmənim alban xalqımüçün ucaldılmışAlbaniya paytaxt məbədiyazdırmışdı? Eləcə Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra məhv edilmişdir”.

Bildirilib ki, ümumiyyətlə regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər. Müəllif işğal edilmiş ərazilərdə Azərbaycan xalqının İslam dininə aid maddi-mədəni irsini təhrif edir. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus Dəmirbulaq məscidi tamamilə məhv edilmişdir. Azərbaycanın İslam mədəniyyətinə memarlığına verdiyi zəngin irsin bir hissəsi olan işğal edilmiş Ağdam rayonundakı Cümə Şuşadakı Yuxarı Gövharağa məscidləri vandalizmə təhqirlərə məruz qalmışdır.

Hikmət Hacıyev vurğulayıb ki, məqalədən göründüyü kimi, müəllif Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edərəkDövlət sərhədi haqqındaQanunu pozub ölkəmizin tarixinin sifarişli əsasla saxtalaşdırılması qondarma rejimin təşviqi ilə məşğuldur. Müvafiq araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

 

Azərbaycan.- 2015.- 21 avqust.- S. 5.