ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti Milli Məclisdə olub

 

Azərbaycan ilə ABŞ arasında münasibətlər daim inkişaf edir. Hər iki ölkə əlaqələrin genişləndirilməsində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ABŞ-ın Kanzas ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri ilə Milli Məclisdə keçirilən görüşdə səsləndirilib.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov yüksək səviyyədə olan ikitərəfli münasibətlərdən söz açıb. Qeyd edib ki, Cənubi Qafqazda aparıcı rola sahib olan ölkəmiz dünyada tolerantlığı ilə tanınır.

İşçi qrupunun üzvləri, deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ikitərəfli münasibətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan ABŞ ilə əlaqələrin inkişafına böyük önəm verir. Parlamentlərarası əlaqələrin genişləndirilməsi əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Nümayəndə heyətinin üzvləri Azərbaycanda keçirdikləri görüşləri yüksək qiymətləndiriblər. Qonaqlar belə görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyini diqqətə çatdırıblar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 22 avqust.- S. 2.