Azərbaycan və Küveyt
Silahlı Qüvvələri
arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə
olunub
Avqustun 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycan.- 2015.- 22 avqust.- S. 4.